Əlaqə üçün:   (050) 363 10 02jale.qarayeva@gmail.com
Bel Ağrıları

Bel ağrıları

Periferik sinir sistemi zədələnmələri arasında onurğa patologiyalarına daha tez-tez rast gəlirik.

Bel ağrıları üçün əsas səbəb olacaq risk faktorları aşağıdakılardır:

  • sağlıqsız qidalanma
  • siqaret, spirtli içki
  • artıq çəki
  • ağır fiziki iş və ağır idman növləriylə məşğul olmaq
  • davamlı önə əyilərək işləmək və uzun müddət ayaq üstə durmaq
  • düzgün oturmama və həmçinin hərəkətsiz həyat tərzi
  • travmalar
  • stress, depressiyalar

Bel ağrılarından əziyyət çəkən pasientlərdə ağrılar ani başlayarsa, dəyişkən olarsa, əlamətlər pozisiya ilə bağlı olarsa və öskürmə, asqırma ilə artarsa mütləq nevroloqa müraciət edin.

#belağrıları #protruziya #yırtıq #nevroloq #jaleqarayeva

Dr. Jalə Qarayeva

Nevroloq Dr. Jalə Qarayeva Türkiyə Respublikası Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşmışdır. Azərbaycan və Türkiyədə bir sıra konfrans, seminarlarda iştirak etmiş, bir çox sertifikatlarla təltif olunmuşdur. Bir sıra elmi məqalələrin müəllifidir.

Əlaqə telefonu: (050) 363 10 02