Əlaqə üçün:   (050) 363 10 02jale.qarayeva@gmail.com
Epileptik Tutma Zamanı Ilk Yardım

Epileptik tutma zamanı ilk yardım

Epileptik tutma keçirən xəstə yaxınları nə etməlidir:

  • tutma keçirən xəstənin hərəkətlərinə mane olmamaq
  • tutmanın başlanma və bitmə saatını qeyd etmək
  • xəstənin çənəsi yığılıbsa, bunu əllə, qaşıqla ya digər əşyalarla açmağa çalışmamaq. Tutma keçirən xəstənin dilini udma ehtimalı yoxdur. Dilini tutmağa çalışaraq sadəcə xəstənin yaralanmasına səbəb olacaqsınız.
  • xəstəni yavaşca yan yatıraraq, tənəffüs yollarını açıq tutmağa çalışmaq
  • xəstəni əlavə yaralanmadan qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq, paltarlarının yaxasını açmaq və xəstəni yumşaq, düz bir yerdə yatırmaq
  • xəstəylə əlaqə qurmağa çalışaraq şüurun yerində olub-olmadığını öyrənməyə çalışmaq
  • tutma bitənə kimi xəstənin yanından ayrılmamaq

Hansı hallarda təcili yardım çağırmalısınız?

  • tutma 5 dəqiqədən uzun çəkərsə və ardınca növbəti tutma baş verərsə
  • tutma bitdikdən sonra 5 dəqiqə ərzində şüur yerinə gəlməzsə
  • tutma suda baş verərsə
  • pasient yaralanarsa
  • pasient hamilə və ya şəkərli diabet xəstəsi olarsa

Dr. Jalə Qarayeva

Nevroloq Dr. Jalə Qarayeva Türkiyə Respublikası Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşmışdır. Azərbaycan və Türkiyədə bir sıra konfrans, seminarlarda iştirak etmiş, bir çox sertifikatlarla təltif olunmuşdur. Bir sıra elmi məqalələrin müəllifidir.

Əlaqə telefonu: (050) 363 10 02