Yaddaş problemindən qurtulmuş pasiyentimiz həkiminin nömrəsini əzbərdən deyir :)
Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.
Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik — “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, “Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.
Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik? Yaddaşsızlıq problemini aradan qaldırmaq olarmı?
Bu sual ilə “Jalə Qarayeva psixonevroloji mərkəzin” həkimi, nevroloq Jalə Qarayeva müraciət etdik. Açıqlama verən nevroloq, yaddaş problemi artıq “qocaların xəstəliyi” statusundan çıxdığını, hazırki dövrdə uşaqların belə yaddaşsızlıqdan əziyyət çəkdiyini bildirdi:” Hər gün mərkəzimizə onlarla pasient müraciət edir. Onların arasında uşaqdan tutmuş, böyüyüə qədər var. Dövrün ən yayqın xəstəliklərindən biri də “yaddaşsızlıq”dır. Təəssüf hissi ilə bildirirəm ki, yaddaşsızlıq artıq “qocaların xəstəliyi” statusundan çıxaraq, usaq və gənclərin də xəstəliyi olub. Bütün bunları nəzərə alsaq düzgün müayinə, müalicə və həkim seçimi hər bir xəstəlikdə olduğu kimi, bu xəstəlikdə də vacibdir.
Misal üçün bu yaxınlarda 68 yaşlı pasientim panik atak, yaddaş itkisi, başda sıxılma kimi şikayətlərlə mərkəzimizə müraciət etmişdi. Nəzərə alsaq ki, pasintin 68 yaşı var idi və onun üçün yaddaş zəifliyinin olması normal hesab edilə bilərdi. Ancaq mən və rəhbəri olduğum psixonevroloji mərkəz bizi seçən pasinetimizin şikayətlərinin aradan qaldırılması üçün əlimizdən gələni etdik. Növbəti dəfə yoxlanış üçün gələn həmin pasinetim artıq şikayətlərinin hamısının aradan qalxdığını, hətda həkimin qəbuluna yazılmaq üçün olan əlaqə nömrələrini belə əzbərlədiyini bildirdi:
“Artıq panik atak, başımda sıxılma, nə də yaddaş itkisi məndə qalmayıb. Etdiyiniz bir kurs müalicənin effektini tək mən deyil, ətrafımda olan hər kəs görür. Sizə dərin təşəkkürümü bildirirəm. Artıq onu da deyim ki, qəbulunuza yazılmaq üçün olan əlaqə nömrələrinizi də əzbər bilirəm. Və nevroloji problemi olan bütün yaxın və tanışlarıma, heç düşünmədən 050 – 363-10-02 nömrəsi ilə əlaqə saxlayıb, qəbula yazılmalarını məsləhət görürüəm”.