Dr. Jalə Qarayeva

Nevroloq və EEQ mütəxəssisi
(Nevropatoloq)

Nevroloq Nevropatoloq Dr. Jale Qarayeva

Dr. Jalə Qarayeva

Türkiyədə ixtisaslaşmış nevroloq və EEQ üzrə mütəxəssis (Nevropatoloq). İndiyədək Müdafiə və Səhiyyə Nazirliyi nəznində bir çox özəl və dövlət xəstəxanalarında çalışmışdır.

Nevroloq Dr. Jalə Qarayeva 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. İndiyədək bir çox özəl və dövlət xəstəxanarında fəaliyyətdə olmuş, həmçinin 5 il Müdafiə Nazirliyi MHP-da çalışmışdır. Nevropatoloq Dr. Jalə Qarayeva Türkiyənin Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşmış və burada uzun müddət fəaliyyət göstərmişdir. Həmçinin Türkiyənin ən böyük “Epilepsiya” mərkəzində çalışmışdır. Ölkəmizdə və xaricdə keçirilən bir çox kurslar, seminarlar, konfranslarda iştirak etmiş və sertifikatlar əldə etmişdir. Dünyanın aparıcı elmi jurnallarında tibbi məqalələri yerləşdirilmiş, Türkiyə və digər Avropa dövlətlərində təşkil olunmuş nevroloji seminar və simpoziumlarda ölkəmizi təmsil etmişdir. Həmçinin əldə etdiyi nəticələr ilə dünya şöhrətli nevroloqlar tərəfindən maraqla qarşılanmış və dəfələrlə müxtəlif diplomlarla təltif edilmişdir.

Nevroloq Jalə Qarayeva

Nevroloq Dr.Jalə Qarayeva tərəfindən həm yuxu, həm də oyanıqlıq halında Video EEQ monitorinqlərin çəkilməsi həyata keçirilir. Müalicə etdiyi xəstəliklər:

  • Əsəbilik, nevrotik pozuntular
  • Depressiya
  • Panik atak, müxtəlif fobiyalar
  • Posttravmatik stress pozuntusu
  • Baş ağrıları – miqren və digər yayılmış baş ağrıları
  • Baş gicəllənmələri
  • Yuxu pozuntuları
  • Yaddaş problemləri
  • Beyin qan dövranı pozğunluqları
  • Epilepsiya, qıcolmalar
  • Uşaqlarda qorxular
  • Uşaqlarda yaddaş və qavrama problemləri
  • Uşaqlarda kəkələmə və tiklər

Peşəkar Nevroloq Xidmətləri – Sizin Sağlam Beyniniz Bizim Prioritetimizdir!

Nevroloq kimdir və niyə vacibdir?

Nevroloq – mərkəzi və periferik sinir sisteminin xəstəliklərini diaqnoz edən, müalicə edən və qarşısını alan ixtisaslı həkimdir. Buraya beyin, onurğa beyni, sinirlər və əzələlərin idarə sistemləri daxildir. Sinir sistemi orqanizmin bütün funksiyalarını tənzimlədiyindən, onun düzgün işləməsi insanın ümumi sağlamlığı və həyat keyfiyyəti üçün həyati əhəmiyyət daşıyır.

Nevroloqlar bir çox ciddi və xroniki xəstəlikləri aşkar etməkdə, ilk simptomları erkən mərhələdə tutmaqdamüalicə strategiyasını düzgün qurmaqda mühüm rol oynayır.

20 ildən çox klinik təcrübəyə malik həkimlər
20 ildən çox klinik təcrübəyə malik həkimlər
Diaqnostika üçün yüksək texnologiyalı avadanlıqlar
Diaqnostika üçün yüksək texnologiyalı avadanlıqlar
Əlavə psixoloji və reabilitasiya dəstəyi
Əlavə psixoloji və reabilitasiya dəstəyi
Ailəvi yanaşma – həm böyüklər, həm də uşaqlar üçün
Ailəvi yanaşma – həm böyüklər, həm də uşaqlar üçün
Pasiyentlərimizin ən çox soruşduğu suallar
Bakıda nevroloq nevropatoloq Dr. Jalə Qarayeva
Nevroloq ilə nevropatoloq arasında fərq nədir?

Əslində bu iki termin eyni ixtisası bildirir.

  • “Nevropatoloq” sözü postsovet məkanında daha çox istifadə olunub və hələ də xalq arasında məşhurdur.
  • “Nevroloq” isə tibbi ədəbiyyatda, beynəlxalq praktika və müasir terminologiyada istifadə olunur.

Yəni, əgər siz “nevropatoloq həkim” axtarırsınızsa, bu da nevroloq deməkdir. Hər iki halda siz sinir sistemi xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssisə müraciət etmiş olursunuz.

Nevroloq müayinəsi necə keçir? Ağrılıdırmı?

Xeyr, nevroloji müayinə ağrısız və tam təhlükəsizdir. Müayinədə adətən bu mərhələlər olur:

  • Həkim xəstənin şikayətlərini dinləyir
  • Reflekslər, hərəkət qabiliyyəti, bədən tarazlığı, duyğular, yaddaş və nitq funksiyaları yoxlanılır
  • Lazım olduqda EEQ, MRT, EMQ, KT kimi əlavə instrumental müayinələr təyin edilir

Bu müayinələrdən heç biri invaziv və ya ağrılı deyil. Hətta uşaq pasiyentlər üçün də tam uyğundur.

Hansı yaşda nevroloqa getmək lazımdır?

Nevroloji problemlər uşaqlardan tutmuş yaşlılara qədər hər yaş qrupunda müşahidə oluna bilər:

  • Yeni doğulmuş uşaqlar: Sinir sistemində anadangəlmə pozğunluqlar, reflekslərdə gecikmə
  • Məktəbli yaşlı uşaqlar: Nitq və diqqət pozğunluğu, davranış problemləri
  • Böyüklər: Stress, yuxusuzluq, baş ağrısı, ətraflarda keyimə
  • Yaşlılar: Yaddaş itkiləri, koordinasiya pozğunluğu, demensiya

Yəni nevroloq və nevropatoloq həkimlər hər yaşda zəruridir və erkən diaqnoz uzunmüddətli sağlamlıq üçün əsasdır.

Nevroloji xəstəliklər sağalırmı?

Bəli, bir çox nevroloji xəstəlik vaxtında diaqnoz və düzgün müalicə ilə ya tam sağala, ya da idarə edilə bilər. Məsələn:

  • Miqren – dərman və həyat tərzi dəyişiklikləri ilə nəzarətdə saxlanıla bilər
  • Epilepsiya – dərmanlarla tam tutmasız vəziyyətə gətirilə bilər
  • İnsult sonrası vəziyyətlər – erkən reabilitasiya ilə böyük ölçüdə bərpa mümkündür
  • Depressiya və yuxusuzluq – psixoterapiya və dərmanlarla müalicə olunur

Əsas məsələ – özbaşına dərman istifadə etməməkmütəxəssisə vaxtında müraciət etməkdir.

Nevroloq və psixoloq eyni şeydir?

Xeyr, bu ixtisaslar fərqlidir:

Nevroloq / Nevropatoloq Psixoloq
Sinir sistemi xəstəliklərini araşdırır və müalicə edir Psixoloji vəziyyət və davranış problemləri ilə işləyir
Fiziki və funksional pozuntulara baxır (baş ağrısı, epilepsiya, insult və s.) Stress, travma, münasibətlər, depressiya və s.
Tibbi təhsil almış həkimdir Adətən psixologiya üzrə akademik təhsil alır
Dərman təyin edə bilər Dərman təyin edə bilməz
Bəzi hallarda nevroloq və psixoloq birlikdə pasiyentə xidmət edə bilər – bu, xüsusən yuxusuzluq, panik atak və travma sonrası sindromlarda faydalıdır.
Nevropatoloqa tez-tez getmək lazımdır?

Əgər sizdə davamlı nevroloji şikayətlər yoxdursa, illik ümumi müayinə kifayətdir. Lakin aşağıdakı hallarda tez-tez və ya dövri yoxlanışlar tövsiyə olunur:

  • İnsult və ya travma keçirmiş şəxslər
  • Epilepsiyadan əziyyət çəkənlər
  • Parkinson, Alzheimer və digər neyrodegenerativ xəstəliyi olanlar
  • Xroniki miqren və ya yuxu pozğunluğu olanlar
  • Diabet və təzyiqi olan xəstələrdə periferik sinir pozuntularının profilaktikası üçün
Uşaqlar üçün nevropatoloq həkimə nə zaman müraciət edilməlidir?

Uşaqlarda aşağıdakı əlamətlər varsa, uşaq nevroloqu (nevropatoloq) müayinəsi vacibdir:

  • Nitqdə gecikmə
  • Gəzərkən və ya oturarkən tarazlıq problemi
  • Əl-ayaqlarda qeyri-iradi hərəkətlər
  • Konsentrasiya və yaddaş problemləri
  • Diqqət və davranış pozğunluqları
  • Qəfil və səbəbsiz qışqırma və ya qıcolmalar

Uşaq yaşlarında sinir sisteminin inkişafı həlledici olduğundan, erkən diaqnostika gələcək həyat keyfiyyəti üçün əvəzolunmazdır.

Nevroloji xəstəliklər

Ayaqlarda keyime ve uyusma

Ayaqlarda Keyimə və Uyuşma (Paresteziya) – Səbəbləri, Əlamətləri və Müalicəsi

05 Mart 2026
Ayaqlarda keyimə və uyuşma tibbi olaraq paresteziya adlanır. Bu vəziyyət iynəbatma, yanma, qarışqa gəzmə hissi,…

Xroniki Yorğunluq Sindromu – Səbəbləri, Əlamətləri və Müalicəsi

05 Mart 2026
Mialjik ensefalomielit / xroniki yorğunluq sindromu (ME/CFS) uzunmüddətli və mürəkkəb bir xəstəlikdir. Tibbi adı ilə…

Sinir Sistemi və Bel Ağrısı: Səbəblər, Əlamətlər və Müasir Müalicə Yolları

05 Mart 2026
Bel ağrısı dünyada tibbi yardıma müraciətin ən geniş yayılmış səbəblərindən biridir. Əksər hallarda problem əzələ…
Urek doyuntusu

Ürək Döyüntüsü və Sinir Sistemi

28 Fevral 2026
İnsan orqanizmində ürək və sinir sistemi bir-birindən ayrılmaz funksional əlaqəyə malikdir. Müasir tibbdə ürək döyüntüsü…

Nevroloq / Nevropatoloq konsultasiyasına yazılın

Əgər sizdə baş ağrıları, baş gicəllənmə, yuxu və yaddaş pozuntuları, əsəb, depressiya, bel və onurğa ağrıları və s. kimi ciddi nevroloji problemlər varsa mütləq nevroloqa müraciət etməlisiniz.