Dr. Jalə Qarayeva
Nevroloq və EEQ üzrə mütəxəssis (Nevropatoloq)
Nevropatoloq həkim hansı xəstəlikləri müalicə edir? Nevroloq kimdir?
“Nevroloq kimdir, hansı xəstəlikləri müalicə edir?” sualı həkimlərin insanlardan eşitdiyi ən çox verilən suallardandır. Daha çox el arasında nevropatoloq kimi tanınan nevroloq həkimlər beyin və sinir sisteminə təsir edən xəstəliklərin diaqnozunun qoyulmasını və müalicəsini icra edirlər.
Nevrologiya nədir, nədən bəhs edir?
Nevrologiya sinir sisteminin anatomik və fiziolojik xüsusiyyətlərinin müxtəlif səbəblərdən ortaya çıxan pozulmalarını və klinik sindromları öyrənən elm sahəsidir. Günümüzdə elmin inkişafı ilə paralel olaraq Nevrologiya sahəsi də ciddi nailiyyətlər əldə etmiş bir bölmədir.
Hansı xəstəliklər zamanı nevroloqa və ya nevropatoloq həkimlərə müraciət olunmalıdır?
Hazırda rəsmi səhifəsində olduğunuz nevropatoloq Dr. Jalə Qarayeva aşağıdakı xəstəliklərin müalicəsi ilə məşğul olur:
- Həm yuxu, həm oyanıqlıq halında EEQ (elektroensefaloqrafiya) çəkilməsi;
- Əsəbilik, nevroz, depressiya, panik atak;
- Uşaqlarda nitq problemləri, kəkələmə, tiklər;
- Müxtəlif növ başağrıları, başgicəllənmələr;
- Yuxu və yaddaş problemləri;
- Epilepsiya;
- Enurez;
- Müxtəlif növ onurğa problemləri (boyun, kürək, bel ağrıları);
- Serebrovaskulyar xəstəliklər (insultlar);
- Müxtəlif növ sinir və əzələ problemləri.
Təhsil və iş təcrübəsi
- 2001-ci ildə 621 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir.
- 2007-2008-ci illәrdә Respublika Kliniki Xәstәxanasında nevrologiya üzrә internatura keçmişdir.
- Türkiyə Respublikası Ankara Gazi Xəstəxanasının nevrologiya kafedrasında ixtisaslaşmışdır.
- 5 il müddətində Müdafiə Nazirliyi MHP-də çalışmışdır.
- “Milli Nevrologiya” jurnalında dərc olunmuş “Kəskin dövr işemik insultlarda endovaskulyar terapiyanın rolu”adlı elmi məqalənin müəlliflərindən biridir.
- “Sağlam həyat naminə” beynəlxalq elmi tibbi jurnalında “Başağrıları”adlı məqalənin müəllifidir.
- İndiyәdәk həm dövlət, həm özәl klinikalarda çalışmış, Azәrbaycan vә Türkiyә Respublikalarında bir çox kurslar, seminarlar vә konfranslarda iştirak etmiş və bir sıra sertifikatlar əldə etmişdir.
- 3-cü Nörolojik Fizyoterapi Sempozyumu – Ankara Gazi Hastanesi;
- “Dirençli Epilepsi Sempozyumu” – Ankara Mövenpick Hotel;
- EEQ kursu – Memoria Tibb Mәrkәzi;
- Ә.Ә. adına ADHTİ-da nevrologiya üzrә kurs;
- “Hәkimlәrin Sertifikasiya Şәhadәtnamәsi”ni yüksәk nәticә ilә keçmişdir;
- “1st İnternational Neurology Congress of Turkish Speaking Countries” – Hilton Otel;
- “İnvaziv radiologiyanın müasir təbabətdə rolu” konfransı;
- Azәrbaycan Nevroloqlarının 5-ci Konfransı;
- “İnternational Headache Societ” konfransı
- “Acil” kursu
- “Hareket bozukluklarının cerrahi tedavisinde gelişmeler” seminarı
- “2nd Baku İnternational Medical Congress” konfransı
- “Autumn Symposium of Turkey and Azerbaijan” konfransı
- “Современное представление о диагностике,терапевтическом и хирургическом лечении эпилепсии” seminarı
- Milli Nevrologiya jurnalında dərc olunmuş “Kəskin dövr işemik insultlarda endovaskulyar terapiyanın rolu” adlı elmi məqalənin müəlliflərindən biridir.
- “Sağlam həyat naminə” beynəlxalq elmi tibbi jurnalında “Baş ağrıları” adlı məqalənin müəllifidir.
- “İlin həkimi” diplomuna və “Qızıl Fonendoskop” fəxri media mükafatına layiq görülmüşdür.
- Nevroloq / Nevropatoloq Jalə Qarayeva hal-hazırda Baku Medical Plaza Mərkəz filialında fəaliyyətini davam etdirməkdədir.
Nevropatoloq / Nevroloq Dr. Jalə Qarayeva ilə aşağıdakı vasitələrdən əlaqə saxlaya bilərsiniz:
Tel: (050) 363 10 02
Instagram: @nevroloq.jale.qarayeva
Facebook: Nevroloq Dr. Jale Qarayeva
Email: jale.qarayeva@gmail.com