Diabetik neyropatiyalar
Diabet pankreasdan ya yetәri qәdәr insulin ifraz olunmaması, ya da insulinin yetəri qәdәr toxumalar tәrәfindәn mәnimsәnilmәmәsi hesabına yaranır. Diabetli xәstәlәrin 60-70%-dә neyropatiyalar yaranır ki,bunların da ortalama 25 %-i mәhz ağrılı neyropatiyalardır. Diabetik neyropatiyalar motor, sensor vә vegetativ defisit şәklindә meydana çıxa bilir. Periferik sinir sistemi dәyişik şәkillәrdә zәdәlәnә bilir. Әn çox әl vә ayaqlarda distal, simmetrik, hәm hissi, hәm hәrәki sinirlәri zәdәlәyәn diabetik polineyropatiyalar görürük. Amma yalnız bir siniri, ya da birdәn çox tәk siniri zәdәlәyәn mononeyropatiyalara da rast gәlirik. Hәmçinin diabet zamanı bәzi kranial sinir zәdәlәnmәlәrini dә görürük. Avtonom neyropatiyalar isә hәzm, tәnәffüs, ürәk vә s. problemlәrә yol açır. Ümumiyyәtlә, 2-ci tip diabet diaqnozu qoyulan xәstәlәr dәrhal, 1-ci tip diabet diaqnozu qoyulan xәstәlәr isә әn gec 5 il әrzindә nevroloqa müraciәt etmәlidir.
Dr. Jalə Qarayeva
Nevroloq, nevropatoloq
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (050) 363 10 02