Saç tökülmələri (Stressə bağlı)
Saç tökülmələri qadın və kişilərin ən önəmli problemlərindən biridir.
Ortalama normada hər gün 50-150 saç teli tökülür. Saç tökülmələrinə səbəb kişilərdə yaşlanma, hormonal dəyişikliklər, qadınlarda hamiləlik, zahılıq, menopauza, hormonal pozğunluqlar və s. olur. Stresse bağlı saç tökülmələri isə günümüzdə ən aktual problemlərdən biridir. Psixoloji stress sonrasında saç tökülməsinə səbəb psixo neyroendokrin sistem ilə immun sistem arasındakı əlaqədir, belə ki, immun sistem psixoloji səbəblərlə hərəkətə keçər və saç tökülmələri meydana çıxar. İlk öncə psixoloji səbəb üçün professional dəstək almaq, stresslə mübarizə aparmaq və saç tökülməsinin qarşısını alan müalicə tədbirləri tövsiyyə olunur.
#saçtökülmələri #nevroloq #jaləqarayeva
Dr. Jalə Qarayeva
Nevroloq, nevropatoloq
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (050) 363 10 02