Bel ağırısı və onu yaradan səbəblər, risklər
Bel ağrısı haqqında məlumat
Bel ağrısı hərəkətsiz həyat fəaliyyətinin gətirdiyi problemlərdən biridir. Hər bir insanın həyatında ən azı bir dəfə başına gəldiyi bu şikayət həyat keyfiyyətini aşağı salmaqdadır. Bununla belə bel ağrısı önəmli bir xəstəliyin simptomu da ola bilməkdədir. Əzələ zədələnməsindən tutmuş, öd kisəsi, boyun və bel yırtıqları, ürək, böyrək, ağciyər kimi orqan xəstəliklərinin xəbərdaredici bir simptomu da ola bilər.
Bel ağrısı nədir?
Bel ağrısı baş nahiyəsindən başlayaraq belə qədər olan, onurğanın hər iki tərəfində yerləşən əzələlərin gərilməsi ilə meydana gələn ağrı formasıdır. Çox zamanda streslə əlaqələndirilən belə şikayətlər bir neçə gün ərzində keçib getməkdədir. Bəzi hallarda isə boyun, çiyin və bel nahiyələrindəki sinirlərin müəyyən səbəblərə bağlı olaraq basqılanması və həmin bölgədəki əzələlərin uzun müddət gərginləşməsi zamanı da bu tip ağırlara rast gəlinir. Bel ağrısı çox zaman diqqət edilməyən şikayətdir. Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etməz, ağrılarda birgə yaşamağa öyrəşərlər. Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.
Bel ağrısı nədən olur?
Yaşam tərziniz bel ağrısının səbəbləri arasında önəmli bir yerə sahib ola bilər. Beləki, kompyuter qabağında uzun müddət çalışırsınızsa, gün içərisində çox az hərəkət edirsinizsə, yanlış duruşunuz, oturma formanız və qidalanma vərdişiniz varsa və ya həddindən çox küləkli, soyuq havalarda zaman keçirirsinizsə, bel ağrısı şikayətlərinizin ola ehtimalı daha da yüksəlir. Eyni zamanda artıq çəki, qorxu və ya psixoloji gərginlikdə beldə ağrıya səbəb ola bilir. Onurğanın arxasında uzun müddət hiss etdiyiniz ağrı, hərəkətlərinizdə məhdudiyyətlilik, əzələ ağrıları və bıçaq batması kimi yaranan ani ağrılar bel ağrısı əlamətləri arasındadırlar. Adətən belə ağrılar onurğanın bel nahiyəsi ətrafında hiss edilsə də, boyunda, qolda və ya ənsədə də hiss edilə bilər. Ancaq hərarətin yüksəlməsi, anidən çəki itkisi, şişkinlik, döş qəfəsində ağrı varsa və ya belinizdən zədə almısınızsa, ayaqlarda uyuşma hiss edirsinizsə və bu şikayətlər sizdə ilk dəfədirsə, həkimə müraciət etməniz tövsiyə olunur. Bundan əlavə mütləq həkimə müraciət etməli olduğunuz digər hallar da aşağıdakılardır:
- Son 3 ay içərisində keçirilmiş ciddi travmalar
- Bel ağrısı şiddətlidir və istirahət ilə yaxşılaşmadıqda
- İmmun sistemə təsir edən bir xəstəliyin varlığı
- Uzun müddət kortizol istifadəsi
- Gecə tərləmələri
- Gecə artan bel ağrıları
- Ağrıların getdikdə artması
- Ağrıların 1 aydan çox çəkməsi
- Bir və ya hər iki ayaqda uyuşuqluluq, gücsüzlük və sidik qaçırma və s.
Bel ağrısı yarada biləcək səbəblərə aşağıdakılar daxildir:
- Əzələ və ya ligament gərginliyi. Təkrarlanan ağır qaldırma və ya ani bir yöndəmsiz hərəkət bel əzələləri və onurğa ligamentlərini gərginləşdirə bilər. Əgər fiziki vəziyyətiniz zəifdirsə, belinizdəki daimi bir gərginlik əzələlərin zədələnməsinə səbəb ola bilər.
- Disk yırtıqları və sinir sıxılmaları. Disklər belinizdəki fəqərələr (vertebrae) arasında yastıq rolunu oynayır. Bir disk içərisindəki yumşaq material bir sinir üzərində sıxışa bilər və ya yırtıla bilər. Bununla birlikdə, bel ağrısı olmadan şişkin və ya yırtılmış bir diskə də sahib ola bilərsiniz. Disk xəstəliyi bir başqa səbəbə görə onurğa rentgenini (KT, MRT və ya digər metodlar) çəkdiyiniz zaman təsadüfən rast gəlinə də bilər.
- Artrit. Osteoartrit belin aşağı nahiyəsinə təsir göstərə bilər. Bəzi hallarda, bel bölgəsindəki artrit onurğa beyni ətrafındakı boşluğun daralmasına da səbəb ola bilir.
- Skelet pozuntuları. Onurğunuzun yan tərəfə əyilməsinin (skolioz) bir vəziyyət də bel ağrısına səbəb ola bilər, amma ümumiyyətlə orta yaşa qədər insanlarda bu səbəb çox da aktual deyil.
- Osteoporoz. Sümükləriniz məsaməli və kövrəkdirsə, inkişaf etdirə bilər.
Beldə ağrının müalicəsi necə aparılır?
Beldə ağrının müalicəsi onu yaradan səbəblər qədər çoxdur. Yaşam tərzinin dəyişdirilməsi ağrını azalda biləcəyi kimi dərman qəbulu ilə və ya dərmansız da müalicə metodları vardır. Həkiminiz hansı müalicə üsulunu seçməyin gərəkli olduğuna sizinlə birgə qərar verəcəkdir. Kəskin başlayan bel ağrıları adətən dərmanla müalicə edilir. Əlavə olaraq müəyyən idman hərəkətləri və ya idman növü də tövsiyə olunur. Bəzi bel ağrıları zaman isə həkim ağrıyan nahiyəyə birbaşa olaraq dərman inyeksiya edə bilər. Dərmansız müalicə zamanı isə əsasən müalicə idman hərəkətləri ilə aparılır. Pasiyentin yaşına və fiziki vəziyyətinə uyğun olaraq yürüş, velosipeddən istifadə və ya üzmə tövsiyə edilə bilər. Xronik ağrı çəkən pasiyentlərdə isə fərqli müalicə metodları tətbiq oluna bilər. Psixolojik terapiya da bu üsullardan biridir. Yenə xəstənin vəziyyətinə uyğun olaraq, fizioterapiya və ya daha ciddi hallarda cərrahi əməliyyatlar göstəriş ola bilər. Bir çox hallarda isə pasiyentlərin özləri də fərqli qorunma üsulları kəşf edərək ağrılarını yüngülləşdirə bilirlər.
Beldə ağrı kimi problemlərdən necə qoruna bilərik?
Tez-tez beldə ağrı şikayətləri olan pasiyentlərə günlük fiziki aktivitələr etməsi tövsiyə olunur. Onurğa hərəkətləri sayəsində hərəkət edən əzələ qrupları güclənərək daha dayanıqlı olmağa başlayır. Beləliklə onurğanı dəstəkləyən bağ, sinirləri qorumağa nail ola bilirik. Üzgüçülük bir çox ağrı formasında olduğu kimi bel ağrıları zamanı da olduqca effektivdir. Düzgün əsnəmə hərəkətlərini günlük yaşam tərzinizin bir parçasına çevirin. Uzunmüddətli hərəkətsizliklərdən qaçının. Eyni zamanda balanslı qidalanın və artıq çəki ilə əlaqəli onurğaya düşən yükün azalmasına çalışın. Duruş, oturuş, yeriyiş və yatma pozisiyalarınza diqqət edin. Yataq, stul, mebel dəstələri seçərkən belinizə ən uyğun ola biləcək modellər üzərindən seçiminizi edin. Mümkün olduğu qədər stress və gərginliklərdən uzaq olun. Bədəninizdəki əzələləri gərginləşdirəcək hərəkətlər etməkdən qaçının. Soyuq havalardan və küləkdən özünüzü qoruyun. Sümüklərinizi möhkəmləndirmək üçün günəş işığından faydalanın. Bütün bunlardan əlavə olaraq isə müntəzəm olaraq həkimə müraciət edərək rutin yoxlamalardan keçin.