
Enerji içkiləri beyinə necə təsir edir?
Enerji içkiləri beynimizə necə təsir edir?
Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir” , onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar.
İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Bu içkilər zərərsiz görünə bilsə də, bəzi şirkətlər enerji içkilərini hər cür təbii maddələrlə sağlam məhsullar olaraq satırlar. Ancaq bütün bunlara baxmayaraq enerji içkilərinin sağlamlığa müsbət təsirləri olduğuna dair də bir dəlil yoxdur. Onu qeyd etmək lazımdır ki, burada enerjinin artırılması ilə əlaqədar bəzi əhəmiyyətli risklər və mümkün mənfi təsirlər də mövcuddur. Bu zaman belə bir sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?
Enerji içkiləri insan bədəninin bütün orqanlarına zərərlidir. Bu zərər beyinə də öz fəsadını göstərməkdədir.
Bu fəsadlar hansılardır?
Bu sual ilə Nevroloq Jalə Qarayevaya müraciət etdik. Həkim nevroloq bildirdi ki, günün ən böyük problemlərindən biri olaraq cavan və yeniyetmələrin enerji içkilərinə olan marağı və onlardan gündəlik istifadəsidir. “Acınacaqlı hal isə odur ki, cavan və yeniyetmələrlə yanaşı, yaşlı nəslin nümayəndələri də müntəzəm olaraq enerji içkilərindən istifadə edərək sağlamlıqlarına özlərinin də fərqində olmadığı ziyan vurmaqdadırlar.
Enerji içkiləri bir çox xəstəlik və sağlamlıq problemi ilə əlaqəlidir. Bunun əsas səbəbi isə içkilərin tərkibindəki maddələrdir. Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan etdi ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsinin insan sağlamlığı üçün təhlükə yarada bilər və yaradır da. Xüsusilə, enerji içkilərinin uşaqlar üçün uyğun olmaya biləcəyi ilə bağlı izahatlar və xəbərdarlıqlar olsa belə, günün acı reallıqlardan biri də enerji içkilərini ən çox qəbul edənlərin də məhz uşaqların olmasıdır”.
Enerji içkilərinin tərkib hissələrindən olan kofeinin həddindən artıq qəbulu ürək döyüntüsü, piylənmə, ürək bulanması, yuxusuzluq, əsəbilik, qusma, yüksək qan təzyiqi, qıcolmalar, zehni sağlamlığın pozulması, nevroloji, metabolik və hətta bəzi hallarda ölüm kimi bir sıra simptomlara səbəb olur. Hətta hamiləlik dövründə qadınlarda uşağın tələf olmasına belə səbəb olur.
“Kafein bir dərmandır, ancaq buna baxmayaraq bütün dərmanlar bir şəkildə beyinə təsir göstərir. Bu dərmanlar yeniyetmələr üçün xüsusilə həssasdır, çünki onların beyinləri hələ də inkişaf edir. Beyin zədələnməsinə səbəb olan enerji içkiləri ilə bağlı hekayələr şişirdilmiş və əslində əsaslandırılmamış olsa da, hələ də ciddi və bəzən uzunmüddətli risklər mövcuddur. Kafein sinir sisteminizə təsir göstərir və beyniniz sizi sakitləşdirən və ya yuxu gətirən kimyəvi maddələri götürməsini dayandırır. Bu diqqətinizi yaxşılaşdırmaq, oyaq və ayıq qalmağınız üçün təsirli bir mexanizm ola bilər. Bu, insanlar arasında “bəhanə” edib, enerji içkilərini istəmələrinin səbəblərindən biridir”.
Enerji içkilərini sağlamlığımız üçün riskləri aşağıdakılardır:
- Kafein intoksikasiyası
- Baş ağrısı da daxil olmaqla kofeinin çəkilmə simptomları
- Ürək-damar problemləri
- Qan təzyiqinin yüksəlməsi
- Piylənmə
- Yuxu pozğunluqları
- Kalsium çatışmazlığı
- Diş problemləri
- Xüsusilə diabetli insanlar üçün yeməkdən sonra artan hiperqlikemiya
