Şehid ailelerine yardım

Şəhid ailələrinə yardım, qazilərimiz üçün pulsuz tibbi müayinə

Şəhid ailələrinə yardım hər bir Azərbaycanlının borcudur!

Dünya ölkələrinin tarixində bir çox müharibələr, qələbər baş verib. 44 günə qazanılan qələbəyə isə dünya tarixində rast gəlinmir. 10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, düşmən məğlub olduğunu etiraf edərək ağ bayraq qaldırmağa məcbur etdi. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı 30 ildir işğal altında olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Əgər 30 il ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklik işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin edildi.

Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

44 gün davam edən müharibə müddətində hamı birlik oldu. Birlik nümayiş etdirərək uşaqdan-böyüyə, varlıdan-kasıba, qocadan-cavana qədər hər kəs ordu və orada xidmət edən hərbi qulluqçu və əsgərlərə yardım etməyə çalışdı. Kimi evində yemək hazırlayıb göndərdi, kimi qrup şəklində toplaşaraq orduda xidmət edən əsgərlərə isti geyim alıb göndərdi.

44 günlük müharibənin arxa cəbhəsinin qəhrəmanlarından biri də Azərbaycan həkimləri oldu. Bəzi həkimlər cəbhə bölgəsində, bəziləri isə Bakıda ehtiyacı olan şəhid, qazi ailələrinə və özlərinə yardım etməyə çalışdılar. Ömrünün sonuna qədər səhid, qazi ailələrini təmənnasız müayinə edəcəyini bildirən həkimlərdən biri də tanınmış həkim nevroloq Jalə Qarayevadır. Vətən müharibəsi dövründə sosial şəbəkədə etdikləri paylaşımlarla daima şəhid və qazilərimizin ailələrinə çağırış etdi. “Mən bugün rahat yaşayıramsa, evimdə rahat yata bilirəmsə, buna görə sizə borcluyam. İş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazilərimizə daim təmənnasız xidmət edəcəyəm. Bu xidmət təkcə onların həkim tərəfindən qəbul edilib, lazım olan analiz və müayinələrin yazılması anlamına gəlmir. Mən həm də onlara düzgün diaqnozun qoyulması üçün lazım olan analiz və müayinələrdən təmənnasız keçmələrini təmin etmişəm, bundan sonra da edəcəyəm” deyib, onlara lazım olduğu müddətcə yanlarında olacağı sözünü verdi. Tək həkim kimi deyil,bir bacı kimi hər mövzuda daima onların yamında olub,onlara dəstək olacağam.

O, vətən uğrunda canından keçənlərə xidmət etməyin şərəf işi olduğunu bildirdi: “Nəzərə alsaq ki, iş fəaliyyətimin uzun müddətini hərbi rejimdə işləmişəm, və bütün bunları nəzərə alaraq müharibə başlayan andan mən də əsgərlərin yanında olmalı idim. Biz bu gün şərəf və qürurla “QARABAĞ AZƏRBAYCANDIR” deyə biliriksə, buna görə hər qarışı qanı ilə yoğrulmuş şəhid və qazilərimizə borcluyuq. Bu mənim üçün şərəf işidir. 44 günlük qələbədə bizim də həkim olaraq faydamızın olması sevindiricidir. Son olaraq QARABAĞ BİZİMDİR,QARABAĞ AZƏRBAYCANDIR”.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.