Ezele dartilmasi nedir? Ezele sixilmasi nedir? Ezele spazmi nedir?

Əzələ spazmı nədir? Əzələ sıxılması səbəbləri və müalicəsi

Əzələ spazmı nədir?

Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və s. başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir.

Əzələ spazmı bir və ya daha çox əzələnizin qəfil və məcburi bir şəkildə daralmasıdır. Bu hal adətən özünü gecələr yuxudan oyananda və ya qəfil çarpayıda hərəkət etdikdə baş verir və güclü ağrıya səbəb olur. Ümumiyyətlə zərərsiz olsa da, əzələ spazmı, bundan müəyyən qədər təsirlənmiş əzələdən istifadəni müvəqqəti olaraq qeyri-mümkün edə bilər.

Bel və çiyinlər ən çox əzələ sıxılması rast gəlinən digər nahiyələrdir. Şiddətli spazmlar insanı yuxudan oyada bildiyi kimi, həmçinin yeriməsini də çətinləşdirə bilər. Müəyyən əzələ qruplarında baş verə biləcək bu şəkildə əzələ sıxılmaları bütün bədənə təsir edə biləcək səviyyəyə belə çata bilir. Bəzi hallarda isə belə əzələ dartılması hallarına şişlik kimi əlavə şikayətlər də qoşula bilər. Bu kimi spazmlar bir neçə saniyə ərzində keçib gedə biləcəyi kimi bəzən 15 dəqiqəyə qədər də uzaya bilir.

Əzələ sıxılması hansı simptomlarla görülür?

Əksər əzələ spazmları ayaq əzələlərində inkişaf edir. Əzələ spazmı olduğu zaman qəfil, kəskin ağrılardan əlavə, dərinizin altında sərt bir əzələ toxuması hiss edə və ya görə bilərsiniz. Uzun müddət idman və ya fiziki əmək, xüsusilə isti hava əzələ sıxılması şikayətlərinə səbəb ola bilər. Bundan əlavə bəzi dərmanlar və müəyyən tibbi şərtlər də əzələ spazmına səbəb olur. Xroniki hal almamış belə şikayətləri evdə özünüzə qulluq tədbirləri ilə müalicə edə bilərsiniz. Əzələ sıxılması əzələlərin həddindən artıq yorulması kimi keçici bir səbəbdən ola biləcəyi kimi, həmçinin spazmların arxasında ciddi bir sağlıq problemi də görülə bilər. Buna görə spazmların şiddətinin artdığı və daimi bir hala gəldiyi zaman mütləq bir mütəxəssis həkimə müraciət edilməlidir.

Əgər sizdə də bu hallar baş verirsə, həkimə müraciət edin:

  • Spazmlar şiddətli narahatlığa səbəb olursa;
  • Ayaq şişməsi, qızartı və ya dəri dəyişiklikləri ilə birgə görülürsə;
  • Əzələ zəifliyi ilə əlaqələndirilirsə;
  • Tez-tez baş verirsə;
  • Özünə qulluqla yaxşılaşmırsa;
  • Gərgin idmanla əlaqələndirilmirsə.

Əzələ sıxılmasının səbəbləri

Əzələnin həddindən artıq istifadəsi, susuzlaşdırma, əzələ gərginliyi və ya sadəcə uzun müddət bir mövqe tutmaq əzələ spazmına səbəb ola bilər. Lakin bir çox hallarda bunun yaranmasının səbəbi məlum olmur. Əksər əzələ spazmı zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər, məsələn:

Yetərsiz qan dövranı. Əsasən idmanla məşğul olan insanlarda ayaqdakı qan axışının yetərsizliyi, son dərəcə şiddətli əzələ spazmlarına səbəb ola bilər. Həmçinin adi insanlar da yürüyüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktivitələrlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşa bilərlər.

Sinir sıxılması. Onurğadakı sinirlərin sıxılması əzələ spazmının bir digər səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüyüş hallarında daha da ciddi formada hiss edilə bilər.

Mineral əksikliyi. Bu hal adətən uzun müddət dieta saxlayan insanlarda olur. Dietinizdə çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazmı yarada bilər. Diuretiklər, yüksək təzyiq üçün tez-tez təyin olunan dərmanlar da qanda bu mineralların sayını azalda bilir.

Dehidratasiya (Susuzlaşma). Orqanizimin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb ola bilir. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bundan əlavə, isti və nəmli hava da dehidratasiya riskini artırdığı üçün spazmın səbəblərindən hesab edilir.

Piylənmə və digər xəstəliklər. Orqanizmi ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə boyundakı əzələlərin spazmlarının başlıca risk faktorudur. Həmçinin şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk altındadırlar.

Sinir sistemi ilə əlaqəli xəstəliklər. Onurğa xəstəlikləri, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri çox zaman əzələ sıxılmaları ilə əlaqəli olmaqdadırlar.

Yaş. Yaşlı insanlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmının yaranması ilə daha çox əziyyət çəkə bilərlər.

Boyunda ezele spazmi, Belde ezele spazmi

Boyunda əzələ sıxılması

Yatarkən həddindən artıq yüksək və ya alçaq yastıqdan istifadə etmək, saatlarca masaüstü işlərdə və kompyuter arxasında işləmək və s. başqa səbəblərlə əlaqəli yarana bilir. Bütün bu kimi hallar boyun əzələlərinin gərilməsinə və bu da həmin əzələlərin sinirlərə basqı etməsinə səbəb olur. Son nəticədə boyunda müəyyən ağrılar hiss edilməyə başlayır. Boyunu hərəkət etdirməkdə, hətta başınızı qaldırmaqda belə çətinlik çəkə bilərsiniz. Bu zaman müalicədə isti kompreslərdən istifadə oluna bilər. Əgər heç bir faydası görülməzsə, fizioterapevtik müalicə və ya əzələləri genişləndirmək üçün müəyyən ağrıkəsicilərdən istifadə oluna bilər.

Beldə əzələ sıxılması

Hərəkətdə çətinlik, gücsüzlük, əzələlərdə gərginlik və s. başqa fərqli səbəblərdən meydana gələn əzələ spazmı bel və çiyin əzələlərinin yığılması ilə əlaqədardır. Bu cür spazmnlar onurğa ətrafındakı sinir köklərinin gərilməsi səbəbinə səbəb olan yorğunluq, stress, depressiya kimi problemlər, uzun müddət hərəkətsiz qalmış onurğa əzələlərinin anidən hərəkət etdirilməsi kimi fərqli səbəblərdən yarana bilər. Bel əzələlərindəki spazmların müalicəsində isti kompreslərlə yanaşı həmçinin əzələləri boşaldacaq, genişləndirəcək bir sıra kremlərdən istifadə, bel və onurğa masajı, qidada kalsium və natriumun qəbulunun artırılması və s. başqa üsullar müsbət nəticə verə bilməkdədirlər.

Əzələ spazmı hansı üsullarla qarşısı alına bilər?

Nevroloq Jalə Qarayeva əzələ spazmından əziyyət çəkən şəxslərə ilkin vəziyyətdə nələr etməli olduqları haqda məlumat verib. Ancaq həkim nevroloq qeyd edib ki, yaxşı olar ki, belə problemi olan şəxslər həkimə müraciət etsin.

Bu addımlar krampların qarşısını almağa kömək edə bilər:

İlkin olaraq hər gün çox miqdarda maye için. Miqdar nə yediyinizdən, cinsinizdən, fəaliyyət səviyyənizdən, hava, sağlamlığınız, yaşınız və qəbul etdiyiniz dərmanlardan asılıdır. Maye əzələlərinizi büzməyə, istirahət etməyə, əzələ hüceyrələrini nəmlənməsinə və daha az qıcıqlanmasına kömək edir. Fəaliyyət zamanı müntəzəm olaraq maye qəbul edin.

Əzələlərinizi dartın. Uzunmüddətli əzələ fəaliyyətində əvvəl və sonra uzanın. Gecələr əzələ spazmalarına meyllisinizsə, yatmazdan əvvəl uzanıq qalın. Yuxudan bir neçə dəqiqə əvvəl stasionar bir velosiped sürmək kimi yüngül məşqlər edin ki, bu da yatarkən spazmların qarşısını almaqda sizlərə kömək edə bilər.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.