Enurez xesteliyi, usaqlarda gece yerini islatmaq

Enurez xəstəliyi nədir? Uşaqlarda gecə yerini islatmaq

Enurez nədir?

Enurez xəstəliyi insanlar arasında gecə yerini istalmaq kimi tanınan xəstəliyə tibb dilində verilən addır. Bu şikayətlər dünya üzərində milyonlarla uşağın yaşadığı bir sağlamlıq problemidir. Əgər 5 yaşına çatmış bir uşaq gecələr yuxusunda yerini islatmağa davam edirsə, buna gecə altını islatma, yəni enurez xəstəliyi deyilir. Lakin 5 yaşından aşağı uşaqlarda belə hallar tam olaraq bir xəstəlik kimi qəbul edilməməkdədir. Bunun da səbəbi həmin uşaqlarda sinir sisteminin formalaşmasının hələ tam şəkildə tamamlanmaması ilə bağlıdır.

5 yaşında uşaqların təxminən 15%-də gecə yerini islatma halları mövcuddur. Bu göstərici 15 yaşına gəldikdə isə 1%-ə qədər enir. Göstərilən statistik məlumatlar bizlərə gecə altını islatmağın uşaqların inkişafının bir parçası ola biləcəyini düşündürməkdədir. Əgər övladınızda və ya yaxınınızda belə hallar varsa, yataq ıslatması davam edərsə, ilk olaraq problemi səbr və anlayışla qarşılayıb, müəyyən həyat tərzi dəyişiklikləri ilə, sidiyə çağırış siqnallarına nəzarət təlimlərilə və bəzən dərmanlarla yataq islatmanı azaltmaq mümkündür.

Enurez xəstəliyi haqqında, Uşaqlarda gecə yerini islatmaq

Enurez hansı formalarda görünür?

Enurezin 2 növ fərqli təsnifatı vardır. Əgər uşağınız gündüzlər də sidik qaçırırsa, anidən tualet ehtiyacı yaranırsa və tualetə yetişə bilmədən sidik qaçırma görülürsə, kəsik-kəsik işəmə olursa, davamlı olaraq qəbizlik şikayətləri ilə birgə enurez varsa, bu qeyri-monosimptomatik enurez adlanır. Əgər uşaqda heç bir şikayət yoxdursa və yalnız gecələr sidik qaçırma varsa, bu isə monosimptomatik enurez adlanır. Bu cür təsnifatın aparılması olduqca vacibdir, çünki hər iki halın müalicə taktikası fərqli olaraq aparılmaqdadır.

Həmçinin enurez xəstəliyi birincili və ikincili olaraq da təsnif olunur. Birincili enurez uşağın gecə sidiyinə nəzarəti heç bir zaman öyrənmədiyini bildirirsə, ikincili enurez termini uşağın 5 yaşını bitirdikdən sonra ən az 6 ay müddətində heç bir halda yatağını islatmaması və daha sonra yenidən belə şikayətlərinin başlanmasına deyilir. İkincili enurezin baş verməsində psixoloji faktların da rolunun ola biləcəyindən bu formanın da diqqətli bir şəkildə incələnməsi önəmlidir.

Enurezin simptomları hansılardır və diaqnoz necə qoyulur?

Enurezin diaqnostikası üçün qeyd olunan şikayətlərin ən az ardıcıl olaraq 3 ay, həftədə 2 dəfədən çox bir sıxlıqda görünməsi gərəklidir. Əgər ailələr uşaqlarında aşağıdakı problemləri görürsə, mütləq həkimə müraciət edilməlidir.

  • Uşağınız 5 yaşından böyükdürsə;
  • Gündüz tualetə çata bilməyəcək şəkildə və səhər oyandığında sidik qaçırma;
  • Sidik saxlamaqda çətinlik çəkmə;
  • Günlük yaşamda normaldan artıq sidiyə çıxma istəyinin olması;
  • Çətinliklə işəmə;
  • Sidik yolları infeksiyasının mövcudluğu;
  • Qəbizlik və ya qeyri-iradi nəcis ifrazı.

Diaqnostikada ilk mərhələ pasiyentin danışdığı həyati anamnezdir. İşəmə, nəcis ifrazı vərdişləri, maye qəbul etmə sıxlığı, psixolojik hallar, ailə fərdlərinin arasında da keçmişdə və ya hal-hazırda belə şikayətlərin olub-olmaması aydınlaşdırılmalıdır. Həmçinin gündüz və gecə sidiyə çıxma sıxlıqları və sayı da müəyyənləşdirilməlidir. Həmçinin, uşağın sosial həyatı, dostları ilə münasibəti, məktəbdəki uğurlarına da diqqət edilməlidir.

Laboratoriya testləri üçün ilk əvvəl sidik analizləri aparılır. Həmçinin şikayətlərə əsasən, qanda şəkərin, tiroid hormonların səviyyəsi aydınlaşdırıla və əlavə biokimyəvi testlər də aparıla bilər. İkinci mərhələ də isə həkim tərəfindən ultrasəs müayinə və ya MRT-də istənilə bilini.

gece yerine isemek

Uşaqlarda gecə yerini islatmaq hansı səbəblərdən olur?

Onu deyə bilərəm ki, yataq ıslatmasına nəyin səbəb olasını dəqiq bilinməsə də, bunun yaranmasında müxtəlif amillər rol oynaya bilər:

  • Genetik hallar:  Altını isladan uşaqların 70%-nin ata və ya anasında da uşaqkən belə şikayətlərin olduğu qeydə alınmışdır. Belə problemlər həm atada, həm də anada da rast gəlinmişsə, bu faiz 77-ə qədər yüksəlməkdədir. Əkiz uşaqlar arasında aparılan araşdırmalar da genetik faktorun ciddi rol oynadığını göstərmişdir.
  • Kiçik sidik kisəsi. Övladınızın sidik kisəsi gecə boyunca çıxarılan sidiyi saxlaya biləcək qədər inkişaf etməmişdirsə;
  • Hormon balanssızlığı. Uşaqlıq dövründə bəzi uşaqlarda gecə sidik istehsalının azaldırması üçün anti-diüretik hormon (ADH) ifrazı yetərsiz olarsa;
  • Sidik yollarının infeksiyası. Bu infeksiya uşağınızın sidiyə nəzarət etməsini çətinləşdirə bilər. İşarələr və simptomlar arasında yataq ıslatması, gündüz qəzalar, tez-tez sidiyə çıxmaq, qırmızı və ya çəhrayı sidik,idrar zamanı ağrı ola bilər.
  • Diabet. Adətən gecə quru olan bir uşaq üçün yataqda islatma diabetin ilk əlaməti ola bilər.
  • Xroniki qəbizlik. Eyni əzələlər sidik və tabure aradan qaldırılması üçün istifadə olunur. Qəbizlik uzun müddətli olduqda, bu əzələlər disfunksiyaya uğrayır və gecə yataqda islanmasına səbəb ola bilər.
  • Sidik yollarında və ya sinir sistemində problem. Əksər hallarda yataq ıslatması uşağın nevroloji sistemində və ya sidik sistemində bir qüsurla əlaqələndirilir.
  • Psixolojik səbəblər: İkincili altını islatma, çox zaman psixolojik bir səbəblə əlaqələndirilir. Ailə daxili problemlər, boşanma halları, yeni bir qardaş və bacının dünyaya gəlişi, məktəbdəki baş verən hadisələr, müəllimənin dəyişməsi və s. kimi hallar uşağa psixolojik baxımdan təsir etməkdədir. Həmçinin, uşağa yetərsiz sevgi və qayğı, düzgün tulaet vərdişlərinin aşılanmaması da təsiredici amillərdəndir.

Gecə yerini islatma üçün hansı müalicə üsulları vardır? Enurezin müalicəsi

  • Dəstəkləyici müalicə: Uşağa və ailəyə problemin tam olaraq izah edilməsi və detallı bir bilgi verilməsi müalicədə uğurlu nəticələr verməkdədir. Hər il belə şikayətləin 15%-nin öz-özünə düzələ bilindiyi ailəyə izah olunur. Burada uşağın özü və ailə müalicə prosesinin aktiv bir parçası olmalıdır. Alınmalı tədbirlər və diqqət ediləsi nüansların ailənin diqqətinə çatdırılır. 5 yaşından əvvəl hər hansı bir müalicə tədbirlərinə başlanılmır. Adətən müalicə uşağın məktəbə getdiyi yaşdan etibarən aparılmağa başlanılır. Bir məsələ diqqətdə saxlanılmalıdır ki, müalicəyə gecikilərsə, bu uşaqda sosial və psixolojik problemlərə də yoil aça bilir. Pasiyentin günlük maye qəbulu nizama salınır, axşamlar maye qaəbulundakı saylar məhdudlaşdırılır. Yatmazdan əvvəl kola, kofein tərkibli içkilər, çay, kalsiumlu yeməklər və duzlu qidalar qadağan edilir. Qəbizlik varsa, xüsusi pəhriz planı hazırlanır və lazım olduqca dərman terapiyasına başlanılır. Uzun çəkən kompyuter oynamaq və televizor seyr etmə məhdudlaşdırılmalıdır. Evdə və məktəbdə düzənli olaraq, 2 saatdan bir sidiyə çıxarılmalıdır. Yatmazdən əvvəl mütləq şəkildə sidiyə çıxarılmalı, yatdıqdan iki saat sonra oyandırılmalıdır. Əlavə olaraq gecələr tualetə rahat gedə bilməsi üçün işıq açıq saxlanıla da bilər. Bezlərdə mütləq şəkildə imtina edilməlidir. Yataq dəsti və geyimləri tez-tez dəyişdirilməli və qətiyyən tənbeh olunmamalıdır.
  • Dərman terapiyası: Hormon disbalansını azaldan, müəyyən antidepressantlar, antixolinergik dərmanlar və əlavə şikayətlərə uyğun digər qrup dərman formalarından istifadə edilməkdədir.
  • Psixoterapiya. Əgər gecələr yerini islatmaq psixolojik bir səbəblə əlaqələndirilirsə, bu zaman psixoterapiya faydalı olacaqdır.

Enurezin fəsadları

Narahatlıq yaratmasına baxmayaraq, fiziki səbəb olmadan uşağın yatağını ıslatması sağlamlıq üçün bir təhlükə yaratmır. Ancaq bununla birlikdə, yataq ıslatması uşağınız üçün bəzi problemlər göstərə bilər:

  • Özünə hörmətin aşağı olmasına səbəb ola biləcək günah və utanc
  • Səsvermə və düşərgə kimi sosial fəaliyyətlər üçün imkanların itirilməsi
  • Uşağın altındakı və cinsiyyət sahəsindəki döküntülər – xüsusilə uşağınız nəm paltarda yatırsa

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.