Diqqət defisiti ilə hiperaktivlik sindromu
Diqqət defisiti ilə hiperaktivlik sindromu 1)diqqətsizlik, 2)hiperaktivlik, 3) impulsivlik şəklində görülür.
Adətən 7 yaşa qədər uşaqlarda görülür. Xəstəlik deməmiz üçün aşağıda sadalayacağım əlamətlərin bir çoxunun iki ayrı mekanda və ən az 6 ay davam etməsi önəmlidir.
- məktəbdə və ya evdə uşağın bir yerdə otura bilməməsi;əllər və ayaqların sakit vəziyyətdə qalmaması
- detallara diqqət etməmə,məktəbdə və ya digər yerlərdə düşüncəsiz səhvlər etmə
- həmişə bitməyən bir işdən digərinə keçmə
- gündəlik fəaliyyətləri unutma
- uyğun olmayan zamanlarda qaçma və ya harasa dırmaşma
- çox danışma
- səbrsizlik
- sual bitmədən cavab vermə
- uyğun olmayan zamanlarda söhbətə başlama
- ev tapşırıqlarını bitirməkdə çətinlik və s.
Diqqət defisiti ilə hiperaktivlik sindromu vaxtında müalicə edilməzsə, davranış pozuntuları, depressiyalar, öyrənmə çətinlikləri, tik pozuntuları, bipolyar affektiv pozuntular, gecə enurezi və digər problemlərə yol aça bilər.
#nevroloq #jaleqarayeva #diqqetdefisiti #hiperaktivlik #diqqetdefisitiilehiperaktivliksindromu