Jalə Qarayeva həyəcan təbili çaldı – “Sosial şəbəkə və online oyunlar uşaqlarda epilepsiya riskini artırır”
Son zamanlar valideynlərin övladlarının sosial şəbəkə və ya sosial mediada artıq vaxt keçirmələri ilə bağlı şikayətlər artıb. Nə etməliyik ki, övladlarımızı telefondan, daha dəqiq desək internetdən, virtual oyunlardan kənarda tutaq?
Bu mövzuda apardığımız araşdırmada maraqlı faktlarla rastlaşdlq. Belə ki, son aparılan araşdırmaıara görə uşaqların həddindən çox sosial və elektorn mediaya maraq salması və istifadəsi onlarda epilepsiya riskini artıra bilər. Bununla bağlı Türk Nevroloji Dərnəyinin prezidenti Prof. Dr. Şerefnur Öztürk açıqlamasında bildirib. O, elektron mediaya həddindən artıq məruz qalan uşaqlarda epilepsiya riskinin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ölkədə daha çox müraciət olunan və müalicəsinin uğurlu nəticəsi ilə səs salan nevropatoloq Jalə Qarayevaya bu mövzu ilə bağlı müraciət etdik. Epilepsiyanın müxtəlif tutmalarla özünü göstərən bir xəstəlik olduğunu bildirən həkim nevroloq , dünyada təxminən 65 milyon epilepsiya xəstəsi olduğunu bildirib: “Dünyada hər il 2,4 milyon yeni epilepsiya xəstəsi aşkarlanır. Epilepsiyanın ambulator müraciətlər arasında baş ağrısından sonra ikinci ən çox görülən nevroloji xəstəlik olduğuna diqqət çəkmək lazımdır. Təəssüf ki, epilepsiya xəstələri cəmiyyətdə gizlənir və bu da onların effektiv müalicəyə çata bilməməsinə səbəb olur. Cəmiyyətin ön mühakimələri səbəbindən bu xəstələrin həyat keyfiyyəti daha da aşağı düşür. Ölkəmizdə epilepsiya tutmalarının tam olaraq tanınmaması və epilepsiya xəstəsi olan uşağı olan valideynlərin övladlarını gizlətmək, sosial həyatdan uzaq tutmaq cəhdləri həm bu uşaqların müalicəsinə, həm də onların təhsil almasına, işlə təmin olunmasına mane olur. Bu həmin xəstələrin ailə həyatı qurmasına da əngəl olur. Ancaq bilirik ki, epilepsiya xəstəliyi müalicə olunur. Bu xəstələr nəinki gündəlik həyatlarını yaxşı davam etdirirlər, hətta incəsənət, elm və idarəetmə kimi mühüm sahələrdə böyük uğurlar qazana bilirlər.”
Jalə Qarayeva, epilepsiyanın heç bir səbəb olmadan baş verə biləcəyini ifadə edərək, infeksiyalar, qəzalar və beyin və beyin qişalarını təsir edən travmalar, qanaxma, damar xəstəlikləri, qidalanma pozğunluqları, metabolik və genetik xəstəliklərlə də baş verə biləcəyini bildirib. Epilepsiya xəstəliyinin qohum evlilikləri ilə geniş yayıla biləcək bir xəstəlik növüdür”
J.Qarayeva valideynlərə də xəbərdarlıq edərək həyəcan təbili çalıb. O, bildirdi ki, bu gün övladlarına nəzarət etməyən, onların başlarını qatmaq üçün telefon verən valideynlər gələcəkdə daha ciddi problemlə qarşılaşacaqlar: “Bu gün elektron mediaya həddindən artıq məruz qalma xüsusilə uşaqlarda epilepsiya riskini artıra bilər. Bütün bunları nəzərə alaraq bildiriəm ki, valideynər övladları ilə vaxt keçirsinlər, qoymasınlar ki, övladları asudə vaxtlarını telefon, planşet önündə keçirsinlər. İndi özləri rahat olsun deyə atılan bu addım, gələcəkdə valideynlərin daha çox əziyyət çəkməsi, özünü günahkar hiss etməsi ilə nəticələnəcək.
Həkim həmçinin müalicə olunan epilepsiya xəstələrinin problemsiz yaşaya bildiyini də vurğuladı: “ Epilepsiyadan əziyyət çəkən xəstələrin 60-70 faizi problemsiz yaşaya bilir. Bu sevindirici haldır.Ancaq ən vaxib olan faktor xəstəliyin vaxtında müəyyən olunması və düzgün müalicənin təyin edilməsidir. Son olaraq onu da qeyd edim ki, həkim nəzarəti olmadan onlara təyin olunan dəranların qəbulunu dayandırmaq düzgün deyil.”