Jalə Qarayevanın növbəti uğuru

Sağalan xəstələrinin sayına görə seçilən həkimlərdən biri də Jalə Qarayevadır.

Hər gün sosial şəbəkədə müxtəlif nevroloji xəstəliklərdən sağalan xəstələrinin video və fotosunu paylaşan “Jalə Psixonevroloji Mərkəz”in həkimi, nevroloq Jalə Qarayeva yenə də özündən və əməlindən bəhs etdirməyi bacarıb. Belə ki, ona müraciət edən 90 yaşlı pasiyentini düzgün müayinə və müalicə ilə sağaldıb. Təkrar müayinəyə gələn pasiyent özünü yaxşı hiss etdiyini, bununla yanaşı həkimin qəbuluna yazılmaq üçün olan əlaqə nömrələrini də əzbər bildiyini qeyd edib: “Jalə xanım, mənim sizin mərkəzə müraciət edəndə ciddi yaddaş pozuntusu, baş ağrıları və panik atak kimi şikayətlərim var idi. Bir kurs müalicədən sonra artıq özümü çox yaxşı hiss edirəm və maşınımın nömrəsini yadda saxlamaqda çətinlik çəkdiyim halda, sizin qəbulunuza yazılmaq üçün olan əlaqə nömrənizi əzbər bilirəm. Buna görə sizə minnətdaram”.

Jalə Qarayeva isə bildirib ki, artıq yaşlı ancaq yaddaş pozuntusundan azad olan ikinci pasiyentidir ki, onun əlaqə nömrələrini əzbər bilir:” Bildiyimiz kimi, yaş artdıqca insanlarda yaddaş pozuntusu başlayır. Buna görə də həkimə vaxtında müraciət etmək vacibdir. Artıq ikinci pasiyentimdir ki, yaşlarının çox olmasına baxayaraq müalicəmiz sayəsində mənim qəbuluma yazılmaq üçün olan əlaqə nömrələrini əzbər bilir. Bir həkim olaraq bu həm qürurvericidir, həm də sevindirici. Sonuncu pasiyentimin 90 yaşı var və artıq yaddaş pozuntusu və bu kimi şikayətlərdən müalicəmiz sayəsində azad olub. Bir daha məni seçən və sevən pasiyentlərimə minnətdarlığımı bildirirəm”.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.