
Nevroloq / Nevropatoloq Dr. Jalə Qarayeva ilə müsahibə
“Hər gün mənə başqa həkimlərin reseptlərini göndərirlər”
Epilepsiya xəstəliyi uşaqlar arasında ən çox yayılmış xəstəlilərdən biridir. Əhalinin təxminən 1%-də bu xəstəliyə rast gəlinir. Bu xəstəlik beyinin elektrik aktivliyi və kimyəvi siqnallarla əlaqəsi olan çoxsaylı sinir hüceyrələrindən əmələ gəlir. Sinir hüceyrələrinin işini pozan siqnallar insanın davranış və dərketməsinə təsir edir. Epilepsiya qıcolma tutmaları ilə özünü göstərir. Epilepsiya əsasən anadangəlmə xəstəlik olub 5-6 yaşlarda büruzə verir. Çox zaman uşağın temperaturu qalxarkən qıcolmalar baş verir. Qıcolmalar uzun fasilədən sonra və ya gündə bir neçə dəfə təkrarlana bilir. Epileptik tutmalar zamanı xəstə ilə yanaşı onun ətrafında olan insanlar da narahat olub bu haldan əziyyət çəkirlər.
Bəs Epilepsiyanın müalicəsi varmı? Bu xəstəliyə görə xarici ölkələrə üz tutmağa dəyərmi?
Bu gün araşdırmamızı bu mövzuda aparacağıq. Google axtarış sisteminə Epilepsiya ilə bağlı məlumat almaq üçün açar sözü əlavə etdikdə ilk qarşımıza nevroloq Jalə Qarayevanın bu mövzuda çıxışları, xəstələri, müalicə etdiyi pasiyentləri və ondan edilən razılıq videoları çıxır. Elə bütün bunları nəzərə alıb “Jalə Qarayeva Psixonevroloji mərkəz”in həkimi Jalə Qarayevaya suallarımızı ünvanladıq.
Jalə xanım, hər gün neçə xəstə sizin mərkəzə müraciət edir?
- Hər gün psixonevroloji mərkəzimizə müxtəlif nevroloji xəstəliklərdən şikayət edən vətəndaşlar müraciət edir. Biz ilk olaraq onların şikayətini dinləyib, yaxın ətrafından həmin an yaşadıqları problem haqda anamnez alırıq. Daha sonra başlayırıq müayinə etməyə.
Dövrün ən geniş yayılmış xəstəliklərindən biri də Epilepsiyadır. Epilepsiya sağalan xəstəlikdir?
- Gecikdirilməmiş bütün xəstəlilər müalicə ilə sağalır deyə bilərəm. Ancaq vaxtında və düzgün seçilmiş mütəxəssisə müraciət etmək vacibdir. Əgər vaxtında müarciət edilməzsə xəstəlik daha da ağırlaşacaq və sağalmaq zaman alacaq və ya mümkünsüz olacaq. Bəzən hər hansı bir əlamətə əsaslanın diaqnoz qoyub, bunun ardınca müalicə metodu seçən həkimlər də olur. Ancaq hər kəs özünə cavabdeh olduğu kimi, mən də öz adımdan deyə bilərəm ki, ilk olaraq bizim mərkəzə müraciət edən pasiyentin şikayətləri dinlənilir. Daha sonra lazım olan analiz və müayinələr təyin olur. Bunun nəticəsi olaraq müasir protokollara əsaslanaraq müalicə metodu təyin edirik. Bu günə qədər fəxr hissi ilə deyə bilərəm ki, Epilepsiyadan sağalan (epileptik tutmaları olmayan) sayını unutduğum qədər pasiyentim olub. Hər zaman müalicə olunub təsirini görən pasiyentimin ikinci dəfə müayinə olunmaq üçün qəbula gəldikdə gözlərindəki sevinci görmək mənim işimə daha çox bağlanmağıma, işimi daha çox sevməyimə səbəb olur. Məni daha çox ruhlandıran isə mərkəzimizə müraciət edənlərin övladı, yaxını və ya qohumunun epileptik tutmalardan azad olunduğu zaman onların haqqımda danışdıqları xoş sözlər və daima dualarında olmağımdır.
Həkimə müraciət etmək üçün gecikmiş şəxslərə nə deyərdiniz?
- Mənə elə gəlir heç bir vaxt həkimə müraciət üçün gec deyil. Ancaq burada xəstəliyi də son həddə çatdırıb, sonra həkimə müraciət edib, nəticə almadıqda narazılıq etmək düzgün deyil. Həkim vaxtında müraciət etmiş pasiyentlərinin sağalması üçün əlindən gələni edir deyə bilərəm. Çünki ondan yardım gözləyən,sağalmaq ümidi ilə müraciət edən pasiyenti və onun yaxınları var. Düzgün müalicə metodu seçən həkim cəmiyyətə sağlam bir fərd vermiş olur. Bunun sevinci hər şeyə bədəldir deyə bilərəm.
Jalə xanım sizə başqa həkimlərin müayinə və müalicələrini də göndərirlər. Bu zaman nə edirsiniz?
- Gülür. Təbii ki, hər gün sosial şəbəkə hesabımıza, telefon nömrələrinə sayını belə itirdiyim müalicə və müayinə reseptləri göndərilir. Hər kəs də getdiyi həkimin düzgün müalicə təyin edib-etmədiyini soruşur (gülür). Təbii ki, etik kodekslərə uyğun olaraq nə hansısa həkimin yazdığı müayinəyə, nə də təyin etdiyi müalicəyə hər hansı fikrimi bildirmirəm. Mən yalnız öz müalicəmə cavabdehəm.
Son olaraq pasiyentlərinizə və sizə müraciət etmək istəyib, hələ də etməyənlərə nə demək istərdiniz?
- İlk olaraq hər kəsə canının sağ olmasını diləyirəm. Məni seçənlərə təşəkkür, seçmək istəyənlərə isə hələ də gec deyil, müraciət edin, müayinə, müalicə olun və sağlam yaşayın deyərdim.
