Koronavirus zamanı nevroloji problemlər
COVID-19-un Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni ştammı dünyanın 45 ölkəsində yayılıb. Artıq insanlar COVİD-19-a yoluxmaqdan deyil, dünyanın 45 ölkəsində yayılan mutasiyaya uğramış növünə yenidən yoluxa biləcəyi ehtimalından qorxur. İmmun sistemi güclü olan insanlar virusdan yan keçsə də, kimlərsə virusa yoluxur, kimisi də virusdan necə qoruna bilərəm sualını düşünməkdən başqa xəstəliklərə düçar olur. Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, son zamanlar insanlar arasında həddindən artıq əsəb, stress,qorxu və s. kimi nevroloji problemlər və bundan qaynaqlanan xəstəliklər artmaqdadır. Özümüzü qorumaq üçün gigiyenik qaydalarla yanaşı, nevroloji problemlərdən qorunmaq və qurtulmaq üçün həkimə müraciət etmək vacibdir.
Bəs nə edək ki, həm virusdan qorunaq, həm də nevroloji problemlər yaratmayaq orqanizmimizdə?
Bu sual ilə nevroloq Jalə Qarayevaya müraciət etdik. Jalə xanım pandemiyanın ikinci dalğası ilə əlaqədar insanlar arasında qorxu və təşvişin olduğunu bildirdi:
“Təəssüf hissi ilə bildirə bilərəm ki, pandemiyanın ikinci dalğası insanlar arasında yenidən narahatçılığın artmasına gətirib çıxarıb. Əgər pandemiya dönəmində insanlar virusa yoluxmaqdan qorxurdularsa, indi onun ikinci dalğasına yoluxmaqdan daha çox qorxurlar. Bütün bunlara görə də insanlar rahatlıq tapmaq üçün həkimə müraciət edir. Bu ən çox panik atak, təşviş, həyacan qorxusu olan insanlarda daha yayqın hal alıb. Bir həkim olaraq pasientlərimi panik atak, həyəcan, təşviş və bu kimi xəstəliklərdən qurtarmaq üçün əlimdən gələni edirəm.Lazım gələrsə xəstələrimə psixoloji dəstək də verirəm”.
Bəs panik atak, təşviş, həyəcan qorxusu olan xəstələrinizdən COVİD-19-a yoluxan olubmu? Onlara necə müalicə təyin edirsiniz?
“Onu bildirim ki, ilk olaraq xəstələrimə həyəcan, təşvişi yenə biləcək müalicə təyin edirik. Daha sonra əgər xəstə COVİD-19-a yoluxarsa buna uyğun olan müalicəni də eyni anda aparirirq. Bildiyimiz kimi, COVİD-19-un müalicəsi hələki ÜST-ün təyin etdiyi qaydalara əsasən aparılır. Sevindirici haldır ki, artıq bir sıra ölkələrdə vaksinasiya prosesinə başlanılıb. Tez bir zamanda ölkəmizdə də vaksinasiya prosesi başlayacaq. Ümid edirəm ki, vaksinasita prosesi ilə pandemiyaya son qoyulacaq və insanlar əvvəlki həyatına qayıdacaq. Burdan bird aha pasientlərimə bildirmək istəyirəm ki, xəstəlikdən qorxmaq yox, düzgün və vaxtında həkimə müraciət etmək lazımdır. Son olaraq onu qeyd edim ki, Ölkəmiz və vətəndaşlarımız ağır günlər keçirdiyi pandemia dönəmində kiməsə yardımım dəyirsə nə xoş mənə. Çünki hamımızın bir var amalı var. Hər kəs firavan və sağlam yaşasın. Ölkə başçısı İlham Əliyevin də dediyi kimi “Biz birlikdə güclüyük”.