Posttravmatik stress pozuntusu
Posttravmatik stress pozuntusu (PTSP) ağır somatik travmalar, fiziki təzyiq, başqasının ağır yaralanması və ya ölümünə şahid olma, yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri, seksual zorakılıq və s. hallarda yarana bilər. Pasientlərdə yaşanmış hadisə ilə bağlı arzuolunmaz davamlı xatirələr; “flashback”lər (hadisələrin sanki gerçəkliklə baş vərməsinə bənzəyən parlaq təəssüratlar); qorxulu yuxugörmələr; travma ilə əlaqəli fəaliyyətdən, yerlərdən, fikirlərdən aşkar şəkildə çəkinmə; digər insanlardan uzaqlaşma, özünütəcrid; yuxu problemləri; tez qıcıqlanma və ya ajitasiya; qorxu hissinin artması; emosiyaların ifadə ədilməsində çətinliklər və s. bu kimi hallar müşahidə olunur.
Dr. Jalə Qarayeva
Nevroloq, nevropatoloq
Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Tel.: (050) 363 10 02