Unutqanlıq

Yaddaş haqda doğru bildiyimiz YALNIŞLAR

Beynimiz bədənimizin ən vacib və dəyərli hissəsidir. Bununla yanaşı ən mürəkkəb orqandır.

Mürəkkəbliyi ilə yanaşı insanların ən çox diqqətinə və marağına səbəb olan orqandır. Təbii ki, bu maraq və diqqət özü ilə çoxlu əfsanələr gətirə bilər. Axı naməlum həmişə daha cəlbedicidir. Məsələn, beynin sərt və rezin quruluşa malik olması, əslində isə gel kimi yumşaq bir quruluşa malik olması mifdir.

Eynilə beynimizlə bağlı bəzi mifik səhvlər var və həqiqəti bilmək çox vacibdir.

Aşağıda sadalayacaqlarım beyin haqda doğru bildiyimiz 5 yalnış məlumatdır:

Beyninizin fiziki olaraq dəyişməsi mümkün deyil!

Bu, əslində heç də doğru deyil, idman etmək, stolüstü tennis oynamaq, beynə faydalı qidalar yemək, narkotik, spirtdən uzaq durmaq, rahat yuxu almaq və stress səviyyələrini idarə etmək kimi zehni fəaliyyətlər insan beyninin fiziki inkişafını və dəyişməsini təmin edir.

Unutqanlıq bir dəfə başlasa, onu bərpa etmək olmaz!

Bu, məlum səhvlərdən biridir. Alzheimer xəstəliyinin tam bərpası mümkün olmasa da, yaddaşınızı gücləndirməyə cəhd edə biləcəyiniz bəzi dərmansız yanaşmalar var. Məsələn, yeni şeylər öyrənməklə beyninizə meydan oxumaq, müntəzəm məşq etmək və bağırsaq sağlamlığınızı gücləndirmək, beyninizin yaddaş sahəsi olan hipokampusunuzun böyüməsinə kömək edəcək.

Yeniyetmələrin unutqanlıqdan narahat olması lazım deyil!

Unutqanlıq pozğunluqlarının və yaddaş itkisinin baş verdiyi orta yaş 57-dir. Ancaq elmi araşdırmalar göstərir ki, bu pozğunluqlar daha erkən yaşlarda başlaya bilər. Bu səbəbdən yaşınızdan asılı olmayaraq, beyin sağlamlığınıza və yaddaşınıza laqeyd yanaşmaq gələcəkdə peşmanlıqlara səbəb ola bilər. Avtomobilin açarını hara qoyduğunuzu və ya dostunuzun adının nə olduğunu unutmaq kimi kiçik unutqanlığın ciddi bir problem olmadığını düşünsəniz belə, bunun irəliləyən bir xəstəliyin əlaməti ola biləcəyini unutmamalısınız. Məsələn, Alzheimer diaqnozu qoyulmuş 59 yaşlı bir insanın beyni ən azı 30 yaşından etibarən bu əlamətləri göstərməyə başlamış olmalıdır. Belə ki, erkən yaşda olsanız belə, özünüzü idarə etmək və yaddaşınızı gücləndirmək sizin üçün faydalı olacaq.

Alzheimer yalnız yaşlılarda olur!

Yalnış bildiyimiz doğrulardan biri də Alzheimer diaqnozunun yalnız yaşlılara qoyulmasıdır . Statistikaya nəzər salsaq görmək olar ki, Alzheimer diaqnozu qoyulan xəstələrin 50%-nin yaşı 85-dən yuxarı olur, qalanların əksəriyyəti 65 yaşın altındadır. Bu o deməkdir ki, yaşlı insanlarda olduğu kimi gənclərdə də Alzheimer xəstəliyinə tutulma ehtimalının olduğunu deyə bilərik.

Özünüzə diqqət yetirsəniz, “Demensiya” xəstəliyinə tutulmayacaqsınız!

Əlbəttə ki, əgər həyatınızı beyin sağlamlığınıza diqqət yetirməklə və yaddaşınızı gücləndirməyə diqqət yetirməklə keçirsəniz, demans riskiniz əhəmiyyətli dərəcədə azalacaq. Genetikanız güclü olsa belə, yenə də demans riskiniz var. Burada vacib məqam odur ki, Alzheimer və demans üçün qəti bir həll təmin etmək mümkün olmasa da, bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik.

Beyin sağlamlığının qayğısına qalmaq üçün yaş həddi yoxdur. Məhz buna görə bədəninizin ən vacib hissəsi olan beyninizi sevərək və qoruyaraq güclü beyin sağlamlığına və güclü bədən sağlamlığına sahib ola bilərsiniz.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.