Epileptik tutma zamanı ilk yardım

Epileptik tutma zamanı ilk yardım

12 Fevral 2017

Epileptik tutma keçirən xəstə yaxınları nə etməlidir:

  • tutma keçirən xəstənin hərəkətlərinə mane olmamaq
  • tutmanın başlanma və bitmə saatını qeyd etmək
  • xəstənin çənəsi yığılıbsa, bunu əllə, qaşıqla ya digər əşyalarla açmağa çalışmamaq. Tutma keçirən xəstənin dilini udma ehtimalı yoxdur. Dilini tutmağa çalışaraq sadəcə xəstənin yaralanmasına səbəb olacaqsınız.
  • xəstəni yavaşca yan yatıraraq, tənəffüs yollarını açıq tutmağa çalışmaq
  • xəstəni əlavə yaralanmadan qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq, paltarlarının yaxasını açmaq və xəstəni yumşaq, düz bir yerdə yatırmaq
  • xəstəylə əlaqə qurmağa çalışaraq şüurun yerində olub-olmadığını öyrənməyə çalışmaq
  • tutma bitənə kimi xəstənin yanından ayrılmamaq

Hansı hallarda təcili yardım çağırmalısınız?

  • tutma 5 dəqiqədən uzun çəkərsə və ardınca növbəti tutma baş verərsə
  • tutma bitdikdən sonra 5 dəqiqə ərzində şüur yerinə gəlməzsə
  • tutma suda baş verərsə
  • pasient yaralanarsa
  • pasient hamilə və ya şəkərli diabet xəstəsi olarsa
YAZININ MÜƏLLİFİ

Nevroloq / Nevropatoloq Dr. Jalə Qarayeva

Nevroloq Dr. Jalə Qarayeva Türkiyə Respublikası Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşmış və Azərbaycanda, Türkiyədə bir sıra konfrans, seminarlarda iştirak edərək bir çox sertifikatlarla təltif olunmuşdur.
Əlaqə telefonu: (050) 363 10 02

Digər yazılarımız

Posttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu

26 Mart 2016
Posttravmatik stress pozuntusu (PTSP) ağır somatik travmalar, fiziki təzyiq, başqasının ağır yaralanması və ya ölümünə şahid olma, yaxınlarının…
Epilepsiya və hamiləlik

Epilepsiya və hamiləlik

31 Mart 2016
Epilepsiya və hamiləlik mövzusu aktual mövzulardan biridir. Epilepsiya xəstəliyi olan gənc qadınlar hamiləliyi mütləq şəkildə planlı düşünməlidirlər. Hamilə…
boyun ağrıları

Boyun ağrıları

26 Yanvar 2017
Boyun ağrıları çox yayılmış şikayətlər arasındadır. Ağrılar varsa, ilk öncə nevroloq ağrının səbəbini araşdırmalıdır! Bəzi məşqlər, hərəkətlər vardır…
Enurez xesteliyi, usaqlarda gece yerini islatmaq

Enurez xəstəliyi nədir? Uşaqlarda gecə yerini islatmaq

02 Mart 2020
Enurez xəstəliyi nədir? Enurez xəstəliyi insanlar arasında gecə yerini istalmaq kimi tanınan xəstəliyə tibb dilində verilən addır. Bu…
Tinnitus nedir? Qulaqda ses kuy olmasi, Qulaqda sesler, qulaqda olan sesin sebebi

Tinnitus – Qulaqda olan səslər, qulaqda səs-küy olması

02 Fevral 2020
Qulaqda olan səslər nədir? Qulaqda səsin olması (Tinnitus) qulaqda anidən ortaya çıxan və ətrafla əlaqəsi olmayan səslərin eşidilməsi ilə…