
Jalə Qarayevanın fəaliyyəti yüksək qiymətləndirildi
Sentyabrın 27-dən başlayan Vətən müharibəsi dönəmindən daim şəhid və qazi ailələrinə diqqət və təmənnasız müayinə – müalicəsi ilə seçilən nevroloq Jalə Qarayevaya təşəkkürnamə verilib. Belə ki, şəhid və qazilərə daim dəstəyi ilə diqqət mərkəzində olan həkim nevroloq Jalə Qarayevanın bu addımı yüksək qiymətləndirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Jalə xanıma qazi və şəhidlərə göstərdiyi qayğı və diqqətinə görə təşəkkürünü bildirərək, təşəkkürnamə verib. Jalə Qarayeva hədiyyə və təşəkkürnaməyə görə Qənirə Paşayevaya minnətdarlığını bildirərək, bundan sonrakı fəaliyyətində də daim şəhid və qazilərə dəstək olacağını bildirib:
“Şəhid, qazi ailələrinə yardım və diqqət bizim boynumuzun borcudur. Mənim də onların şəfa tapmasında əməyim olduğu üçün özümü xoşbəxt hiss edirəm. Hər zaman bildirmişəm, indi yenə demək istəyirəm ki, bütün şəhid və qazilərin müayinə və müalicəsini hər zaman etməyə hazıram”.
