Koronavirus beyinə necə təsir edir?

Dünyanı cənginə alan COVID-19  xəstəliyi insanların təkcə ağ ciyərlərinə deyil, beyinlərinə də fəsadsız ötüşmür. Belə ki, COVID-19 xəstələri təlaşdan, qarışıqlıqdan qoxu və ləzzət itkisinə qədər həyat üçün əhəmiyyətli olan bir sıra təsirlər yaşayırlar. 30-40 yaşlarında olan xəstələr, virus səbəbiylə həyatı dəyişdirən nevroloji problemlərlə üzləşirlər. Anaq COVID-19 tədqiqatçıların beyinə necə zərər verə biləcəyi sualına cavabları olmasa da, bir neçə nəzəriyyələri vardır.

Nevroloq Jalə Qarayeva son dövrlərdəki praktikası zamanı COVID-19 xəstələrinin də nevroloji problemlər yaşadıqlarını izlədiyini bildirir:

“Pittsburgh Universiteti Tibb Mərkəzi, New York Universiteti, Johns Hopkins və Avropadakı sağlamlıq sistemləri daxil olmaqla 20-dən çox qurumun yeni bir araşdırması sayəsində tədqiqatçılar qan və onurğa mayesinin görüntü və testlərindən istifadə ediblər. Koronavirusun beyində təsirlərin qarşısını almaq və müalicə etmək üçün necə işlədiyini müəyyən ediblər.”

Koronavirus beyinə hansı yollarla təsir edir?

Dünyada baş verən hadisələr göstərir ki, COVID-19 xəstələri beyinlə əlaqəli müxtəlif vəziyyətlərə sala bilər ki, onlardan da bəziləri aşağıdakılardı:

  • Qorxu
  • Təlaş
  • Panik atak
  • Qarışıqlıq
  • Şüur itkisi
  • Qoxu və dad itkisi
  • Baş ağrısı
  • Fokuslanma problemi
  • Davranış dəyişiklikləri
  • Xəstələr həmçinin iflic və tənəffüs çatışmazlığına səbəb ola bilən Guillain-Barré sindromu kimi periferik sinir problem də yaşayırlar.

“Şəxsi praktikamdan onu deyə bilərəm ki, COVID-19 xəstələrinin ən az yarısının nevroloji simptomları var.”

Bəs tədqiqatçılar COVID-19-un beyinə necə təsir etdiyi haqda nə düşünürlər?

Mövcud araşdırmaya əsasən COVID-19-un beyinə zərər verə biləcəyi dörd yol olduğunu düşünürlər. Lakin hər hansı bir nəticə çıxarmaq üçün hər birinin ciddi şəkildə öyrənilməsinə ehtiyac var.

Ağır infeksiya

Mümkün olan ilk yol, virusun beyinə girməsi, şiddətli və ani bir infeksiyaya səbəb olma qabiliyyətinə sahib olmasıdır. Çin və Yaponiyada qeydə alınan hadisələrdə onurğa mayesində virusun genetik maddəsi tapılıb. Florida ştatında isə koronavirus xəstəsinin beyin  hüceyrəsində viral hissəciklər tapılıb.  COVID-19 olan bəzi xəstələrdə baş verən qoxu itkisi, virusun burnun yuxarı hissəsində yerləşən və qoxu haqqında məlumatları beyinə çatdıran respektordan daxil olduğunu göstərə bilər.

Bədəndəki xaos

Növbəti  nəzəriyyə budur ki, COVID-19 virusuna yoluxan vücudda meydana gələn bütün fizioloji dəyişikliklər – yüksək temperatur, aşağı oksigen səviyyəsi,  orqan çatışmazlığına qədər – bütün bunlar ağır COVID-19 xəstələrinin çoxunda koma kimi beyin funksiyasının pozulmasına səbəb olur.

Qan laxtalanma anomaliyaları

COVID-19-un beyinə təsir göstərə biləcəyi növbəti yol, bu xəstələrin insult keçirməyə meyli ilə əlaqəlidir. Yanaşı xəstəliyi olan xəstələrdə qan laxtalanma sistemi son dərəcə risklidir və bu xəstələrdə laxtalanmanın başqalarına nisbətən daha çox olması ehtimalı yüksəkdir. Bu o deməkdir ki, bədənin dərinliyində və ya ağciyərlərdə qan axınını kəsə biləcək damarlarda laxtalanma əmələ gələ bilər. Qan laxtalanması beyinə gedən damarları bağlayarsa və ya daraldırsa bunun acı nəticəsi ola bilər.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.