Serotonin sindromu nədir?

Bəzən ciddi bir səbəb olmadığı halda belə insan özünü halsız və yorğun hiss edir. Son illər aparılan araşdırmalar bəzi qidaların lazımi miqdarda qəbul edilməsi xoşbəxtlik hisslərinin artdığını ortaya çıxarıb. Bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də ona xoşbəxtlik hormonu adı veriblər.

Aparılan tədqiqatlar göstərir ki, depressiya, miqren, hiperaktivlik, insulinə həssaslıq, hətta kökəlmənin əsasında serotonin dayanır. Serotonin yüksəldikdə və ya həddən artıq olduqda əhval-ruhiyyə də yüksək olur, bununla yanaşı, qeyri-normal və narahat yuxu, iştahanın azalması, ruhi-psixi sağlamlığın yerində olmaması kimi halların yaranmasına səbəb olur. Serotonin çatışmazlığı depressiv halların yaranmasına, kökəlmə və ya anoreksiya, bulimiya kimi qida pozğunluqlarına da səbəb olur.

“Xoşbəxtlik hormonu” kimi tanınan serotonin əvəzolunmayan aminturşu olan triptofandan yaranır. Triptofan isə orqanizmdə sintez olunmadığı üçün onu qidalardan əldə etmək lazımdır. Zülalla zəngin olan qidaların tərkibindəki triptofan beyin toxumasına çox ləng və az miqdarda keçir, ancaq karbohidratdakı triptofan çox sürətlə mənimsənilir. Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir”.

Həkim Jalə Qarayevanın verdiyi məlumat görə, orqanizmdə serotoninin miqdarına müxtəlif hormonlar təsir edir: “Qadın orqanizmində estrogenin artması serotonin miqdarında yüksəlişə səbəb olur. Aclıq, yorğunluq, stress və dərmanların onun miqdarını aşağı saldığı müəyyən olunub. Məsələn, serotonin azlığı yarananda zülal və vitaminlər immun sistemin müdafiəsində axıradək dayana bilmir.

1 aylığından 1 yaşına qədər olan körpələrdə rast gəlinən “qəfləti uşaq ölümü sindromu” və ya “beşikdə ölüm”ün səbəbi serotonin çatışmazlığı ilə əlaqədardır. Onun qarşısını almaq üçün körpəni qarın yox, kürəyi üstə yatırmaq, siqaret tüstüsündən uzaq saxlamaq lazımdır. Stress, qanda şəkərin aşağı olması və menstrual dövrdə estrogen hormonunun aşağı düşməsi serotonin miqdarını azalda, qadınlarda estrogen hormonunun artmasını oksigen, süd, hind quşu əti və şokolad kimi triptofan tərkibli maddələr, mütəmadi məşqlər və idman artıra bilər. Serotonin miqdarını artıran qidalara püstə, çiyələk, banan, üzüm, yeralması, portağal, küncüt, makaron və şokolad aiddır”.

Serotonin sindromu – serotoninin geri alınmasını azaldan antidepresanların istifadəsi zamanı baş verən ciddi bir mənzərədir.

Sindromun əsas simptomları aşağıdakılardır:

  • Şüurun bulanıqlaşması
  • Əzələlərdə səyrimə
  • Tərləmə
  • İshal
  • Sinədə yanğı hissi
  • Ürək döyüntüsü
  • Tutma
  • Düzensiz ürək döyüntüsü (aritmiya)

Yüngül simptomlarda həkimə, ağır simptomlarda isə təcili yardım çağırmaq lazımdır.

Serotoninin geri qəbulunu azaldan dərmanların uzun müddət istifadə edildikdə 2-ci tip diabetə səbəb ola biləcəyi müşahidə edilmişdir. Bu dərmanlar bipolyar pozğunluğun manik mərhələsində istifadə edilmir. Onlar 1 və 2 tip diabetli xəstələrdə istifadə üçün uyğun deyil. Hemofiliya adlanan qanaxma pozğunluğu olan xəstələrdə və epilepsiya xəstələrinin vəziyyətini pisləşdirə bilərlər. Göz təzyiqi (qlaukoma), ciddi ürək, böyrək xəstəlikləri və qaraciyər xəstəlikləri olduqda çox diqqətlə istifadə edilməlidir.

Serotonin (xoşbəxtlik) sindromu zamanı depresiya halları yaranır. Bəs depresiyada olan şəxs antidepresantları həkim müayinəsi olmadan qəbul edə bilər?

Antidepresantlardan istifadə edərkən nələrə diqqət edilməlidir?

Antidepresantlar ibuprofen adlı ağrı kəsici də daxil olmaqla bir çox dərmanla qarşılıqlı təsir göstərə bilər. Dərmanı istifadə etməyə başlamazdan əvvəl vərəqəni düzgün oxumaq lazımdır. Dərman təyin etməzdən əvvəl istifadə etdiyiniz dərmanlar barədə həkiminizə məlumat verməlisiniz.

Hamilə qadınlar antidepresantlardan istifadə edə bilərmi?

Hamiləliyin erkən mərhələlərində antidepresanlar istifadə edilmir. Ancaq hamilə qadının ümumi vəziyyəti çox pis olduqda, hamiləliyinə və ətrafına zərər verə biləcək bir potensial varsa, istisna edilə bilər. Antidepresant istifadəsi səbəbiylə hamiləliyin sonlandırılması, doğulacaq körpədə anadangəlmə ürək xəstəliyi, doğulacaq körpədə ağciyər hipertoniyası kimi ağırlaşmalar yarana bilər. Ancaq antidepresant istifadə edən hər hamilə qadında bu ağırlaşmalar baş vermir. Hamilə qadınlarda istifadə edilə bilən yüngül təsirli antidepresanlar var.

Süd verən analar antidepresantlardan istifadə edə bilərmi?

Antidepresantlar adətən süd verən analarda istifadə edilmir. Ancaq ananın vəziyyəti çox ağırdırsa, körpəyə zərər vermə potensialı varsa, süd verən analarda istifadə edilə bilən antidepresantlar var. Bəzi hallarda ananın sağlamlığına üstünlük verilərək ana südü kəsilə bilər.

Alkoqol antidepresantlarla birlikdə istifadə edilə bilərmi?

Antidepresantları spirtlə birlikdə qəbul etmək qətiyyən tövsiyə edilmir. Alkoqol artıq depressantdır. Depressiyada olan xəstələr spirtli içki qəbul etdikdə simptomlar pisləşir. Antidepresantları spirtlə qəbul etsəniz, yuxululuq və başgicəllənmə ola bilər. Antidepresant dərmanlar narkotiklərlə birlikdə istifadə edilmir. Dərmanların depressiv təsiri də var.

Antidepresant qəbul edənlər maşın sürə və maşın işlədə bilərmi?

Antidepresantlar başgicəllənmə, yuxululuq və bulanıq görmə səbəb ola bilər. Bu səbəbdən dərmana başladıqdan sonra bir müddət nəqliyyat vasitələri və maşınlar istifadə edilməməlidir.

Antidepresantı qəfil dayandırsam nə olar?

Antidepresantlar, digər dərmanlar kimi, qəfil dayandırıldıqda çəkilmə simptomları baş verir. Ən çox görülən simptomlar başgicəllənmə, qeyri-sabit yeriş, yorğunluq və baş ağrısıdır. Bundan əlavə, xəstəlik qısa müddət ərzində təkrarlana bilər. Depressiya və həddindən artıq qıcıqlanma baş verə bilər. Həkimlər antidepresanların dozasını yavaş-yavaş artırır, dayandırarkən dozanı yavaş-yavaş azaldır və dayandırırlar. Antidepresantlardan istifadə edərkən “Dərman qəbul etməsəm bu gün yaxşıyam” düşüncəsi çox yanlışdır.

Dr. Jalə Qarayeva

Nevroloq, nevropatoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.