
Unutqanlıq nədir və nə edilməlidir?
Unutqanlıq nədir?
Unutqanlıq – Müxtəlif yaşlarda, müxtəlif səbəblərdən yarana bilən bir vəziyyətdir. Biz unutqanlıq dedikdə əslində əqli fakültələrdəki bütün idrak funksiyalarını nəzərdə tuturuq.
Aşağı yaş qruplarında, xüsusilə gənclərdə kəllə-beyin travmalarından sonra (xüsusilə də yol-nəqliyyat hadisələri, idman zədələri və s. sonra) əqli fakültələrdə, yəni gənc yaşlarda yaranan problemlərdən biri olan koqnitiv funksiyalarda ciddi problemlər ortaya çıxa bilər.
Xüsusən də unutqanlıqdan danışsaq demək olar ki, işləyən əhali arasında ondan şikayət etməyən yoxdur. İşləyən gənclərdə unutqanlığın səbəbləri də müxtəlif ola bilər.
Misal üçün; uşaqlıqda baş verən və yetkinlik dövründə əks olunan vitamin çatışmazlığı, hormon problemləri, diqqət çatışmazlığında hiperaktivlik pozğunluğunun təzahürlərini görə bilərik.
Həddindən artıq iş yükü, stresli həyat və depressiv psixi vəziyyətlər sonda unutqanlıq şikayətlərinə səbəb ola bilər.
Bəs uşaqlarda unutqanlıq necə olur?
Uşaqlarda bu xəstəliyin yaranmasına vitamin çatışmazlığı və nevroloji problemlər səbəb ola bilər. Uşaqlarda unutqanlığın nevroloji və ya psixiatrik səbəblərini nəzərə alsaq, uşaqlıq depressiyası, yeniyetməlik, diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu olduğu bilinir.
Uşaqlarda unutqanlığın bir çox səbəbi var. Bu səbəblərin bəziləri bioloji, digərləri isə nevroloji, psixoloji və ya psixiatrikdir. Bəzən uşaqlar unutqanlıqları səbəbindən gündəlik həyatlarında çətinlik çəkə bilərlər. Unutqanlıq ailədaxili münasibətlərə və ünsiyyətə də təsir edir.
Unutqan uşaqlar üçün nə etməli?
Hər uşaq unutqanlıqla qarşılaşa bilər, lakin bu unutqanlığın tezliyi çox vacibdir. Əgər ailələr övladının yaşıdlarına nisbətən daha çox unutqanlığa malik olduğunu düşünürlərsə, ilk növbədə uşaq həkiminə müraciət etməlidirlər. Pediatr lazımi testləri tələb edəcək.Pediatrla yanaşı daha dəqiq cavab almaq üçün nevroloqa müraciət etmək vacibdir. Uşağın unutqanlığı davam edərsə yenidən nevroloqa müraciət edib lazımı müayinələrdən keçmək lazımdır. Nevroloqun təyin etdiyi müalicə üsulundan istifadə edərək, onun məsləhəti əsasında uşaq və yeniyetmə psixiatrına və ya uşaq və yeniyetmə psixoloquna müraciət etməlidirlər.
Uşaqlarda unutqanlığın müalicəsi necə aparılır?
Unutqanlığın müalicəsinə başlamazdan əvvəl bunun nədən qaynaqlandığını təyin etmək vacibdir. Daha sonra bioloji problemlər aradan qaldırılmasına baxmayaraq davam edən hədsiz unutqanlığın öhdəsindən gəlməyən uşaqların unutqanlığının səbəbinin nevroloji və ya psixoloji olduğunu düşünmək olar.
Amneziya(unutqanlıq) üçün müalicə üsulları onların nevroloji səbəblərinə görə sıralanır:
Uşaqlarda Depressiya: Depressiv halda olan uşaqların əhval-ruhiyyəsi zəif, enerjisi aşağı, istəksizliyi, gündəlik işləri görə bilməməsi, qəzəbli, özünə qulluq edə bilməməsi, bəyəndiyi işi edə bilməməsi, ictimai fəaliyyətlərin azalması, dəyərsizliklə yanaşı unutqanlığın da olduğu düşünülə bilər. Belə bir vəziyyətlə qarşılaşan valideynlər ən qısa müddətdə uşaq və yeniyetmə nevroloqu və ya uşaq və yeniyetmə psixoloqu ilə görüş təyin etməlidirlər. Belə bir vəziyyətdə bəzi kriteriyalar nəzərə alınaraq uşağa uyğun müalicə planı hazırlanır.
Yetkinlik dövrü: Bu dövr adətən 11-12 yaş olsa da, hər uşağa görə dəyişir. Uşaqların əksəriyyəti yeniyetməlik dövründə ailələri ilə olan əlaqələrdən çox dostları ilə qurduqları əlaqələrə daha çox əhəmiyyət verirlər. Ailələr çox vaxt onların dediklərinə qulaq asmır, əhəmiyyət vermir. Bu səbəbdən ailələrin çox vaxt dediklərini unutduqları görülür. Yeniyetməlik dövründə bu vəziyyətin müəyyən həddə normal olduğu qəbul edilir, lakin ailədaxili münasibətlərdə həddindən artıq münaqişə, mübahisə, fikir ayrılığı varsa, mütəxəssisə müraciət edilməlidir. Zamanında edilməmiş müdaxilə daha sonra tətbiq olunacaq müalicə müddətini də uzada bilər. Bütün bunlarla yanaşı valıideynlər uşaqlarını əmanət edəcək doğru ünvan seçməli, doğru təyin edilmiş müalicədən istifadə etməlidirlər.
Diqqət əskikliyi və hiperaktivlik pozuqluğu: Uşaqlarda unitqanlığa daha çox təsir göstərən səbəblər arasında diqqət əskikliyi və hiperaktivlik pozuqluğu mühüm yer almaqdadır. Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğundan – diqqəti cəmləməkdə çətinlik çəkdikdə, dərs oxuyarkən bəhanələr gətirmək, tez hirslənmək, unutqanlıq, əşyaları itirmək, həddindən artıq aktivlik, diqqətsiz səhvlər etmək və yöndəmsizlik kimi simptomların müşahidə edildiyi hallarda şübhələnmək lazımdır. Bu əlamətlər uşaqda unutqanlıqla yanaşı müşahidə olunarsa, uşaq və yeniyetmə nevroloqundan kömək istəmək lazımdır. Düzgün müayinə nəticəsində nevroloqunuz uşağa uyğun müalicəni təşkil edəcək.
Ailələr unutqan uşaqlara necə kömək edə bilər?
Analar və atalar övladlarına qarşı şərtsiz sevgi nümayiş etdirməlidirlər. Onların övladları ilə münasibətlərinin əsasları inam üzərində qurulmalıdır. Uşaq depressiyadadırsa, onun yanında olduqlarını göstərmək, uşağa onlar üçün hər halında qəbul olduğunu hiss etdirməli, nə qədər dəyərli olduqlarını söyləmək kimi üsullardan istifadə etməlidirlər. Bu üsul həkim müayinə və təyin olunan müalicəsindən sonra uşaqlar üçün faydalı ola biləcək ikinci vasitə ola bilər.Unutqanlıq yaşayan yeniyetmə uşaqlar üçün qaydalar müəyyən edilməli və ortaq müqavilələr bağlanmalıdır. Hətta qaydalara əməl edilmədikdə uşağın üzərinə götürəcəyi məsuliyyətlər də əvvəlcədən müəyyən edilməlidir. Ailələr bilməlidir ki, yeniyetməlik çağında olan uşaqların da mərhəmətə ehtiyacı var və şəfqətsiz valideyn-övlad münasibəti sağlam ola bilməz.
